OPEC-dən xəbərdarlıq - NEFTƏ TƏLƏB AZALIR, ÇƏTİNLİKLƏR ARTACAQ
OPEC: Ticarət gərginliyi neftə tələbi azaldır
Neft İxrac edən ölkələr Birliyi (OPEC), beynəlxalq ticarət gərginliklərinin qlobal neft tələbinə mənfi təsir etdiyini açıqlayıb. Təşkilat ilin əvvəlində açıqladığı istehlak təxminlərini aşağı salıb və irəlidə çətinliklərin artacağı proqnozunu verib.
Qarşıdakı həftələrdə ilin ikinci yarısı üçün istehsal səviyyələrini müəyyən etmək üçün toplantı keçirəcək OPEC, tələbin ilin ilk rübündə gündəlik 1 milyon bareldən az artdığını qeyd edib.
ABŞ və Çin arasında uzun müddətdir davam edən gömrük tarifi mübarizəsinin də təsiri ilə dünya iqtisadiyyatında artım zəifləyib.
"Marja" xəbər verir ki, OPEC-in açıqlamasında, "Bu ilin ilk yarısı boyunca davam edən qlobal ticarət gərginlikləri daha da artdı və bunun nəticəsində qlobal neft tələbində daha yavaş bir artım meydana gəldi",- deyilir. Açıqlamada ilin ilk yarısında qlobal iqtisadiyyatda müşahidə edilən yavaşlamanın ilin ikinci yarısında daha da çətin hala gələ biləcəyi qeyd edilib.
Bu gecə Brent neftin qiyməti 60 dollardan aşağı düşmüşdü. Sonra qiymət, Ərəb dənizində neft tankerlərinə hücumlar təşkil edildiyinə dair xəbərlər ilə 4%-ə yaxın yüksəlib. Bakı vaxtı ilə saat 15:20-də Brent nefti 62,17 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)











.jpg)
