Zəmanət və faiz subsidiyaların verilməsi qaydaları dəyişdi
İKZF zəmanət və faiz subsidiyalarının verilməsinin prosedur qaydalarına dəyişiklik edib. kredit məbləği üzrə müvafiq hədd 200 min manatdan 350 min manata qaldırılıb.
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər çərçivəsində sahibkarların, xüsusilə kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, eləcə də kredit zəmanət mexanizminin təkmilləşdirilməsi və stimullaşdırılmasına dəstək məqsədilə İdarə Heyətinin 25 may 2018-ci il tarixli 08-2018 nömrəli qərarı ilə təsdiq edilən “Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinin prosedur Qaydaları”na (Qaydalar) dəyişiklik edib. Bu barədə "Marja"ya Fonddan bildirilib.
Dəyişikliyə əsasən, zəmanət verilməsi üçün müvəkkil bank tərəfindən təqdim edilən sənədlərin siyahısı ilə bağlı kredit məbləği üzrə müvafiq hədd 200 min manatdan 350 min manata qaldırılıb.
Bundan başqa, yeni qaydalara görə, təminatın kreditə nisbəti kateqoriyaları borcalanın kredit reytinqi ilə əlaqələndirilir. Başqa sözlə, kredit reytinq modelinə əsasən yüksək reytinqə malik, yəni risk səviyyəsi aşağı olan sahibkarlıq subyektlərindən təminat tələb olunmur. Reytinqə əsasən orta risk səviyyəsinə malik sahibkarlıq subyektlərinin təminatına tələblər isə daha da yumşaldılıb. Bundan başqa, zəmanət üzrə müraciət zamanı tələb olunan sənədlər də sadələşdirilib.
"Qeyd olunan dəyişikliklər təminat yetərsizliyi səbəbindən bank kreditlərinə çıxışı olmayan sahibkarlıq subyektləri üçün maneələrin aradan qaldırılmasına, istər say, istər sektor, istərsə də coğrafi baxımdan daha çox sahibkarın maliyyə resurslarına çıxış imkanlarının artırılmasına şərait yaradacaq. Eyni zamanda, yeni qaydalar bankların kredit risklərini sığortalamaqla kredit layihələrinin maliyyələşməsini stimullaşdıracaq",- Fondun məlumatında bildirilir.
Qaydalara edilən yeni dəyişikliklərlə bağlı müvəkkil banklarla görüş təşkil olunub, təqdimat keçirilib, suallar cavablandırlıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”nın 7.4-cü bəndinə görə, təminatın kreditə nisbəti kateqoriyalarının (aşağı, yuxarı və orta) hədlərini Fondun İdarə Heyəti müəyyən edir və ona ən azı ildə bir dəfə olmaqla yenidən baxılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
2 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
3 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
4 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Ən çox oxunanlar
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"





















