Azərbaycanda taxıl sahələrinin 88,3%-də biçin başa çatıb - OPERATİV MƏLUMAT
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, iyulun 8-nə olan operativ məlumata görə, ölkə ərazisində 897169 hektar ərazidə taxıl biçini aparılıb, 331909 hektar ərazidə arpa, 565260 hektar ərazidə buğda biçini başa çatıb.
Ümumilikdə bu günədək ölkə üzrə 2 milyon 847 min 162,4 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir.
Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala, Ağcabədi və Balakəndə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. İsmayıllı ərazisində arpa əkilmiş 6173 hektar sahənin 6027 hektarı artıq biçilib, buğda əkilmiş 23200 hektar sahənin 21593 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 31,7 s/ha, buğda üzrə məhsuldarlıq 37,7 s/ha təşkil edir. Kürdəmir ərazisində arpa əkilmiş 29926 hektar sahə artıq biçilib, buğda əkilmiş 18120 hektar sahənin 18093 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 33,3 s/ha, buğda üzrə məhsuldarlıq 34,5 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Tərtər, Qəbələ və Qax rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib:
Rayon | Buğda | Arpa | ||||
Cəmi sahə, ha | Biçilib, ha | Məhsuldarlıq | Cəmi sahə, ha | Biçilib, ha | Məhsuldarlıq | |
Abşeron | 307 | 285 | 18,1 | 761 | 741 | 12,5 |
Ağdam | 12228 | 12228 | 39,0 | 2215 | 2215 | 35,5 |
Ağdaş | 4273 | 4262 | 25,1 | 11630 | 11630 | 24,1 |
Ağcabədi | 22503 | 22503 | 37,1 | 6672 | 6672 | 32,7 |
Ağsu | 20039 | 18460 | 32,6 | 16036 | 15930 | 31,1 |
Balakən | 1215 | 1215 | 28,0 | 458 | 458 | 28,7 |
Beyləqan | 11148 | 10666 | 35,2 | 1765 | 1765 | 29,2 |
Bərdə | 9041 | 9041 | 44,3 | 2601 | 2601 | 38,9 |
Biləsuvar | 13713 | 13557 | 32,0 | 16456 | 16456 | 30,5 |
Cəbrayıl | 2430 | 2430 | 35,0 | 550 | 550 | 30,5 |
Cəlilabad | 54908 | 50002 | 37,1 | 4509 | 4509 | 35,2 |
Füzuli | 28459 | 27859 | 31,6 | 8505 | 8505 | 29,0 |
Goranboy | 8764 | 8210 | 31,0 | 13750 | 13750 | 29,0 |
Göyçay
| 8740
| 8740 | 30,0
| 6851
| 6851
| 30,5
|
Hacıqabul | 25925 | 20676 | 19,0 | 11008 | 9967 | 30,9 |
İmişli | 12716 | 12716 | 38,7 | 6322 | 6322 | 34,2 |
İsmayıllı | 23200 | 21593 | 37,7 | 6173 | 6027 | 31,7 |
Kürdəmir | 18120 | 18093 | 34,5 | 29926 | 29926 | 33,3 |
Qax | 10934 | 10904 | 30,8 | 2881 | 2881 | 26,2 |
Qazax | 8305 | 8188 | 37,4 | 4250 | 4246 | 25,0 |
Qəbələ | 15790 | 15200 | 33,0 | 4400 | 4200 | 32,0 |
Masallı | 7496 | 7496 | 23,1 | 2786 | 2786 | 21,4 |
Neftçala | 7792,2 | 7792 | 33,2 | 31404 | 31404 | 26,8 |
Oğuz | 11969 | 11512 | 31,0 | 4118 | 4118 | 30,8 |
Saatlı | 19044 | 19044 | 42,9 | 5822 | 5822 | 36,2 |
Sabirabad | 15536 | 15536 | 41,1 | 9600 | 9600 | 37,7 |
Salyan | 6817 | 6817 | 40,5 | 9917 | 9917 | 36,2 |
Samux | 5941 | 5941 | 32,6 | 3681,5 | 3676 | 35,3 |
Siyəzən | 3788 | 2971 | 30,3 | 2516 | 2494 | 27,5 |
Şamaxı | 29630 | 23238 | 20,0 | 12195 | 10732 | 17,0 |
Şəki | 45961,8 | 38930 | 33,7 | 21626,3 | 21580 | 34,3 |
Tərtər | 7087,9 | 7074 | 41,6 | 3815 | 3815 | 33,7 |
Tovuz | 13740 | 13340 | 32,8 | 1724 | 1724 | 26,4 |
Ucar | 7390 | 7378 | 29,6 | 7716 | 7716 | 26,7 |
Yevlax | 6631 | 6631 | 34,6 | 5083 | 5083 | 28,5 |
Zərdab | 12986 | 12986 | 34,3 | 5730 | 5730 | 30,6 |
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
14 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 17 d. əvvəl
- 22 d. əvvəl
- 27 d. əvvəl
- 35 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib





.jpg)









.jpg)






