Trump 2005-də 38 milyon dollar vergi ödəyib
ABŞ Prezidenti Donald Trump-ın 2005-ci ildə 152 milyon dollardan çox gəlir bəyan etdiyi və buna müqabil 38 milyon dollar federal gəlir vergisi ödədiyinə dair bir sənəd ortaya çıxıb.
"Marja" xəbər verir ki, Trump-ın 2005-ci ilə aid vergi məlumatları ilk olaraq Amerika MSNBC kanalında yayımlanan "The Rachel Maddow Show" adlı proqramda "Pulitzer" mükafatı laureatı jurnalist David Cay Johnston tərəfindən açıqlanıb.
Johnston-ın açıqladığı iki səhifəlik vergi sənədində, Trump-ın 2005-ci ildə 152 milyon dolları artıq gəlir bəyan etdiyi və bu miqdarın təxminən 25%-ini təşkil edən 38 milyon dollar federal gəlir vergisi ödədiyi görünür.
Ağ Ev: "Bu sənədi yayamaq qeyri-qanunidir"
Cay, sənədin poçt yolu ilə proqramı adından göndərildiyini bildirib. Cay-ın proqramının yayımlandığı dəqiqələrdə Ağ Evdən verilən yazılı açıqlamada, bir Amerika vətəndaşının vergi sənədinin yayamağın qeyri-qanuni" olduğu vurğulanıb.
Sözügedən sənədin həqiqət olduğunun qəbul edildiyi açıqlamada, "Bu sənəd, Donald Trumpın şirkətinə, ailəsinə və əməkdaşlarına qarşı qanuni zərurətin üzərində vergi ödəmək məsuliyyəti daşıyan dünyanın ən uğurlu iş adamlarından biri olduğunu sübut edir" ifadəsi istifadə edilib.
Amerika ictimaiyyətində uzun mübahisələrə səbəb olan Trump-ın ödədiyi vergilərlə bağlı bu sənəd haqqında "keçmiş əmlak milyarderinin" nə deyəcəyi maraqla gözlənilir.
Seçki kampaniyasında vergi ödənişlərini açıqlamayacağını ifadə edən Trump, daha sonra bu məlumatları haqqındakı maliyyə nəzarətləri bitincə açıqlayacağını dilə gətirmişdi. Bir müddət onra, müşavirlərindən Kellyanne Conway, Trumpın bu məsələdəki fikrini dəyişdirdiyini və ödəiyi vergiləri açıqlamayacağını bildirmişdi.
ABŞ-da prezidentliyə namizədlərin seçkilərdən əvvəl vergi ödənişləri ilə bağlı sənədlərini ictimaiyyətə açıqlamaları məsələsində hüquqi bir zərurət olmamasına baxmayaraq, 1976-ci ildən bu yana bütün namizədlər seçkilərdən əvvəl vergi bəyannamələrini açıqlamışlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)


.jpg)



