“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Beynəlxalq valyuta birjalarında qlobal siyasi və iqtisadi risklərin artdığı bir şəraitdə Amerika mərkəzi bankının (FED) uçot faizini azaldacağı ehtimalları aktual olaraq qalır və bu dolların aparıcı valyutalara nisbətən qiymətlərinin 1%-ə kimi ucuzlaşma ehtimallarını gücləndirir. ABŞ ilə Çin arasında ticarət sazişi danışıqları fonunda qeyri-müəyənliyin hökm sürdüyü bir şəraitdə, Qərb ölkələri ilə İran arasında münasibətlər də getdikcə gərginləşməkdədir. Bütün bunlar dünya iqtisadiyyatının inkişaf proqnozlarını da aşağı salmaqdadır.
Nəticədə EUR/USD məzənnəsinin də 1.1313$-a kimi bahalaşması proqnozlaşdırılır. Bununla yanaşı, Avrozonadan çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da iqtisadi aktivliyə dair gözləntiləri ölçən indeks, ticarət dövriyyəsi və çərşənbə günü saat 13:00-da inflyasiya ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
GBP
Funt da dolların ucuzlaşa biləcəyi ehtimalları fonunda 1.2661$-a kimi bahalaşa bilər. Burada isə çərşənbə axşamı saat 12:30 və çərşənbə günü saat 12:30-da İngiltərədən dərc ediləcək əmək bazarı və inflyasiya ilə bağlı statistik məlumatlar önəmli rol oynayacaqdır.
Böyük Britaniyada seçiləcək baş nazir fonunda qeyri-müəyyənliklər və Avropa birliyindən sazişsiz ayrılma ehtimalları ilə bağlı siyasi təzyiqlər də diqqət mərkəzindədir.
TRY
Türkiyə ilə Amerika arasında siyasi gərginliyin daha da artması ehtimallarının USD/TRY məzənnəsinin də 5.83TL-yə kimi bahalaşmasına səbəb ola bilər.
Çərşənbə axşamı saat 11:00-da işsizlik və çərşənbə günü saat 11:00-da pərakəndə satış dövriyyəsinə dair Türkiyədən yayımlanacaq önəmli göstəricilər də investorların diqqət mərkəzindədir.
OIL
Amerika sahillərində qasırğa təhlükəsi ilə əlaqədar olaraq, keçən həftə ərzində Avropanın Brent neftinin bir barel qiyməti 67$-a kimi dəyər qazanmışdır. Təhlillərə əsasən, bir barel üzrə qiymət 69$-a kimi də dəyər qazana bilər.
Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Beynəlxalq birjalarda FED-in faiz azaldılması və dolların ucuzlaşması ehtimalları əlvan metallar bazarlarında qızılın 1400$-da dəstək görməsinə səbəb olur. Bir unsiya üzrə qiymət hal-hazırda 1410$-ın (45.3 $/qram) üzərində ticarət edilir və 1420$-ı (45.7 $/qram) qırarsa, 1436$-a (46.2 $/qram) kimi də bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
8 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
8 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
-
8 saat əvvəl
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
-
8 saat əvvəl
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
-
8 saat əvvəl
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
-
8 saat əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Ən çox oxunanlar
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır















