Azərbaycan Türkiyədən 600 yük vaqonu ala bilər
Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin tabeliyindəki “Türkiye Demiryolu Makinaları Sanayi A.Ş.” (TUDEMSAŞ) müəssisəsi AZərbaycan üçün 36 mln. dollar ümumi məbləğdə 600 yük vaqonu istehsal etməyə ümid edir.
“TUDEMAS Azərbaycan gətirilən EA tipli yük vaqonu bazasında Azərbaycan tərəfi üçün yeni vaqonların iki prototipini istehsal edib. Vaqonlar test sınaqlarından uğurla keçdikdən və zəruri avadanlıq əlavə olunduqdan sonra sifarişçiyə təslim ediləcək. Onların tədarükündən sonra Azərbaycandan iri həcmdə sifariş gözləyirik”, - Türkiyənin "Sabah" qəzeti şirkətin baş direktoru Mehmet Başoğluya istinadən məlumat verir.
Onun sözlərinə görə, yeni vaqonlar yalnız Azərbaycanla Türkiyə arasında istifadə üçün nəzərdə tutulur.
“Biz Azərbaycanın sifarişi ilə 600 analoji vaqon istehsal etməyi ümid edirik. Bu sazişin ümumi dəyəri 36 mln. dollar həcmində qiymətləndirilir”, - Başoğlu qeyd edib.
O, həmçinin məlumat verib ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə birlikdə Türkiyədə vaqon istehsalının təşkili məsələsi gündəmdədir. “ADY bu təkiflə çıxış edib. Biz öz tərəfimizdən birgə müəssisənin yaradılması üçün hərtərəfli dəstək göstərməyə hazırıq”, - Başoğlu vurğulayıb.
O bildirib ki, TUDEMAS-ın illik istehsal həcmi 700 vaqon təşkil edir.
TUDEMAS müəssisəsi 1939-cu ildə parovoz və yük vaqonlarının təmiri məqsədilə təsis olunub. 1953-cü ildə dəmir yolu nəqliyyatının inkişafı ilə bərabər yük vaqonlarının istehsalına başlayıb.
Hazırda şirkət yük və sərnişin vaqonlarının təmiri və yük vaqonları və istənilən növ ehtiyat hissələrinin istehsalı ilə məşğuldur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






