Bu il Gəncə Avtomobil Zavodu cəmi 3 MAZ və 1 Kamaz istehsal edib
Bu ilin I yarısında "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində 769 texnika istehsal olunub.
Bu barədə zavoddan bildirilib.
Məlumata görə, bunun 747-si müxtəlif model traktor, 1-i MAZ markalı qoşqulu avtomobil, 1-i "Kamaz" markalı avtomobil, 9-u kombayn, 4-ü elektrobus, 2-si MAZ markalı avtobus, 5-i isə özüboşaldan traktor qoşqusudur.
Məlumatda həmçinin deyilir ki, bu günə qədər İstehsalat Birliyində ümumilikdə 11 modeldə 10 805 ədəd traktor, 143 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu traktorlardan 10 022 -si dövlət sifarişi əsasında Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrolizinq" ASC-yə, qalan 713-ü isə fermerlərə və iş adamlarına satılıb.
Bundan başqa, indiyə qədər zavodda ümumilikdə 8 modeldə, müxtəlif modifikasiyalarda 2 864 ədəd MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə təhvil verilib. Bu avtomobillərin yığımının 30-40 % ni yerli istehsal təşkil edir.
Həmçinin müəssisədə 330 MAZ qoşqusu və 3 202 asma avadanlıq, 208 ədəd KAMAZ markalı yük avtomobili və 411 URAL avtomobili istehsal edilib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





