Hesab.az-dan sığorta almaq istəyənlərə şad xəbər!
(®) Artıq isti yay günlərində səyahət planlarınıza səyahət sığortanızı Hesab.az-da almağı da əlavə edə bilərsiniz.
Hesab.az bundan öncə icbari avtomobil sığortasını almaq funksiyasını istifadəçilərinə təqdim etmişdir. Hesab.az-da siz həm sığorta alışını, həm də sığorta ödənişlərinizi həyata keçirə bilərsiniz. Yeniliyə əsasən artıq səyahət sığortanızı da Hesab.az-da həm veb, həm də mobil tətbiq ilə istənilən yerdən, anında alaraq səyahətinizi zəmanət altına ala biləcəksiniz.
Siz bu sığorta məhsulu sayəsində təhlükəsizlik hissi, səfər zamanı gözlənilməz hadisələrə qarşı maliyyə zəmanəti əldə edəcəksiniz.
Bunun üçün Hesab.az-da həm veb, həm də mobil tətbiq ilə sığorta bölməsində “Səyahət sığortası al” bölməsinə daxil olur, lazımi məlumatları daxil edərək anında sığortanızı ala bilərsiniz.
Səyahət sığortanızı alaraq siz aşağıda qeyd olunan məqamlarda özünüzü sığorta altına ala biləcəksiniz:
-Azərbaycan respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortası
-Fərdi qəza sığortası
-Xaricə səfər zamanı baqajin sığortası
-Səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsinin sığortası
-Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi sığortası
-Xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası
Siz də sığortanızı Hesab.az-dan almaqla evdən uzaq məsafədə özünüzü güvənli, qorunmuş hiss edəcəksiniz.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
16 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
19 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
20 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















