Satışları azalsa da bazar payını qoruyub
2019-cu ilin 1-ci yarısında Renault Qrupunun satışları 6,7 faiz azalıb. Eyni dövrdə qlobal avtomobil satışları isə 7,1 faiz azalıb.
"Marja" Qrupun yaydığı məlumata istinadən xəbər verir ki, Renault 1 milyon 938 min 579 avtomobil satışı ilə 4,4%-lik bazar payını qoruyub.
Avropada satışlar sabit qalıb, digər bölgələrdə Qrupun satışları azalıb. Azalma qlobal avtomobil satışlarının azalması ilə bağlıdır.
Renault markalı avtomobillərin satışı 11.5% azalaraq 1 milyon 229 min 658 ədəd təşkil edib.
Dacia brendi Avropada 311 min 24 satış ədədi ilə (10,6 faiz artım) yeni bir satış rekordu qırıb və 3,3 faiz kimi rekord bir bazar payı (0,4 bənd artım) əldə edib. Bu artım, Yeni Duster və Sandero sayəsində baş tutub.
LADA avtomobillərinin yenilənməsi sayəsində 174 min 186 satış ədədi və 21%-lik bazar payı (1 bənd artım) ilə satışlarında 2,5% artım baş verib. LADA Granta və LADA Vesta Rusiyada ən çox satılan 2 model olub.
Renault markası, elektrikli avtomobillər seqmentində satış ədədini dünya miqyasında 42,9 faiz artarıb (30 min 600-dən çox). Avropada ZOE modelinin satışları 44,4 faiz artıb (25 min 041 avtomobil), Kangoo Z.E. modelinin satışları isə 30,7% artım göstərib (4 min 653).
Qrup ilin ikinci yarısında Çində Renault K-ZE modelinin təqdimatını keçirəcək və ölkənin 5-inci ən böyük elektrikli avtomobil istehsalçısı JMEV-ə sərmayə qoyaraq elektromobil strategiyasına təkan vermiş olacaq.
Renault Qrupunun Satış direktoru və İdarə Heyətinin üzvü Olivier Murguet, "İlin ilk yarısında yeni məhsulu olmayan Renault Qrupu, geriləyən bazarda satışlarında 6,7% azalma ilə bazar payını qoruyub. İlin ikinci yarısında, Avropada Yeni Clio və Yeni ZOE, Rusiyada Arkana, Hindistanda Triber və Çində Renault K-ZE modellərinin uğurlu təqdimatlarına fokuslanacağıq" - deyib.
Renault Qrupu 2019-ci ildə qlobal avtomobil bazarının 2018-ə nisbətən yüngül bir azalma göstərəcəyini nəzərdə tutur. Avropa bazarının stabil olması ("Brexit" istisna), Rusiya bazarının 2 - 3 faiz azalması, Braziliya bazarının isə təxminən 8 faiz artımı gözlənilir.
Renault Qrupuna - Renault, Dacia, Lada, Alpine və Jinbei & Huasong markaları daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)







