“Muganbank” böyüyüb, gəlirləri artıb
“Muganbank” ASC 2018-ci ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 30 İyun 2019-cu il tarixində “Muğanbank”ın cəmi aktivləri 587 milyon 224 min manat təşkil edib. Bu, 2018-ci ilin sonu ilə müqayisədə 6,4% çoxdur. Aktivlərin 361 milyon 493 min manatını müştərilərə verilən kreditlər təşkil edib.
“Muganbank”ın müştərilərinin hesablarındakı vəsait də artıb. Belə ki, müştəri hesabları ötən ilin sonu ilə müqayisədə 19 milyon manat artaraq 299 milyon 793 min manat çatıb.
GƏLİRLƏRİ ARTIB
2019-cu ilin yanvar -iyun dövründə ötən ilin eyni dövrü ilə müqayisədə “Muğanbank”ın kreditlər üzrə faiz gəlirləri 1 milyon 531 min manat və ya 8,8% artaraq 18 milyon 906 min manat, komission və qeyri-faiz gəlirləri isə 2 milyon 217 min manat və ya 36% artaraq 8 milyon 364 min manat təşkil edib.
“MuğanBank” gəlirləri hesabına ehtimal olunan kredit itkiləri üçün ehtiyat yaratmaqda davam etdiyindən 1-ci yarımili 9 milyon 825 min manat zərər ilə başa vurub. 2019-cu ilin 1-ci rübünün yekunu üzrə "MuğanBank"ın zərəri 13 milyon 264 min manat idi. Cari ilin 2-ci rübündə zərər 3 milyon 439 min manat azalıb.
Cari ilin yanvar - iyun aylarında “Muğanbank”ın cəmi gəlirləri 28 milyon 809 min manat, cəmi xərcləri isə 38 milyon 677 min manat təşkil edib. Xərclərin 12 milyon 119 min manatı kreditlər üzrə ehtiyatların yaradılması üçün xərc təşkil edib. Bu xərc nəzərə alınmasa Bank 2 milyon 300 min manat əməliyyat mənfəəti əldə edir.
30 İyun 2019-cu il tarixində "Muğanbank" 72 milyon 773 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)





