Xarici bankın istiqrazları Bakı Fond Birjasında listinqə alındı
10 milyon manatlıq istiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək
“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin 26 iyul 2019-cu il tarixində keçirilmiş iclasında Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının əsas bazar seqmentində listinqə qəbul olunması qərara alınıb.
Bu barədə "Marja"ya Birjadan bildirilib.
Qara Dəniz Ticarət və İnkişaf Bankının nominal dəyəri 1 000 manat olan 10 000 ədəd istiqrazları BFB-nin tiracət platformasında kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Tədavül müddəti iki il (730 gün) olan istiqrazlar üzrə illik faiz dərəcəsi 9.25% təşkil edir və faizlər üç təqvim ayından bir ödənilir.
"Beynəlxalq maliyyə institutlarının istiqraz emissiyasına dair Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” Qanuna dəyişikliklər layihəsi hazırlanmış və həmin dəyişikliklər 1 fevral 2019-cu il tarixində qüvvəyə minmişdir. Həmçinin cari ilin fevral ayında beynəlxalq təşkilatlarının emissiyasının təşviq edilməsi məqsədilə BFB-nin listinq qaydalarına dəyişikliklər edilərək, beynəlxalq maliyyə institutlarına aid daha sadə listinq tələbləri müəyyən edilmişdir. Bu tədbirlər nəticəsində nüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazları Azərbaycan qiymətli kağızlar bazarında ilk dəfə yerli valyutada emissiya ediləcəkdir. Qeyd edilməlidir ki, 2019-cu ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının uzunmüddətli kredit reytinqi Standard & Poor’s tərəfindən “A-”, Moody’s tərəfindən A2 dərəcəsində müəyyən olunmuşdur",- Birjanın məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)


