"Estet" MMC yüksək texnologiya deməkdir!
(®) 22 ildir fəaliyyət göstərən "Estet" MMC yüksək texnoloji avadanlıqların təchizatı ilə məşğul olan, ixtisaslaşmış kadrları ilə inkişaf edən şirkətlərdən biridir.
1997-ci ildən fəaliyyət göstərən "Estet" Avropanın və Türkiyənin bir çox istehsalçı şirkətlərinin də rəsmi nümayəndəsidir. Müxtəlif yerli və xarici firmalarla əməkdaşlıq edən "Estet" MMC EMSA, MAKELSAN, LANDE, EMERSON/VERTİV, ASSMANN/DİGİTUS, ALCAD, HASSA, ETK KABLO şirkətlərinin rəsmi distribütorudur.
"Estet" MMC ölkə başçısı cənab İlham Əliyevin yaratdığı şəffaf iqtisadi imkanlardan istifadə edərək yeni sahələri öz fəaliyyət sferasına daxil edib. Şirkət hazırda Türkiyənin taxıl, un, yem, yağ və qida sektorundakı çoxillik təcrübəyə malik olan Norm Analitik Sistemlər şirkətinin, sənaye və tədqiqat laboratoriya cihazları üzrə ixtisaslaşmış Tales Analitik şirkətinin və kənd təsərrüfatı sektoru avadanlıqları sahəsində fəaliyyət göstərən BSMİ Dış Ticaret şirkətinin ölkəmizdəki rəsmi sertifikatlara malik olan partnyorudur.
Əvvəllər xarici ölkələrdən alınan avadanlıqların həm zəmanət müddətində, həm də zəmanətin bitməsindən sonra kənardan mütəxəssislərin cəlb edilməsi işlərin ləngiməsinə gətirib çıxarırdı. Həmin mühəndislərdən asılı olmağımız və onların bütün şərtlərini qəbul etmək məcburiyyətində qalmağımız arzuolunmaz nəticələrə gətirib çıxarırdı. Həm işlərin ləngiməsi, həm də əlavə xərclərin ortaya çıxması "Estet" MMC-nin yeni xarici firmalarla əməkdaşlığının əsas şərtlərindən biri kimi yerli kadrların yetişdirilməsini zəruri etdi. Bu əməkdaşlıqlar çərçivəsində həmin qurumların mütəxəssisləri yerli kadrların hazırlanması üzrə iş aparmağa başladılar.
Nəticədə "Estet" MMC-nin əməkdaşları ölkəyə dəvət edilən xarici firmaların mütəxəssisləri tərəfindən təlim keçdilər və sistemin səmərəli təşkili üçün müxtəlif ölkələrdə təcrübə topladılar. Xüsusi sertifikatlaşdırma proqramında iştirak etdilər. Hazırda şirkətin mütəxəssisləri satılan və təchiz edilən avadanlıqların texniki xidmətini öz üzərinə götürməklə həm əlavə xərclərin yaranmasının qarşısını alır, həm xarici valyutanın ölkə daxilində qalmasına çalışır, həm də işlərin vaxtında həyata keçməsinə şərair yaradırlar. Yerli kadrlar yeni texnologiyalaların istifadə qaydaları, daha sonrakı dövrlərdə təmir-bərpa işlərinin aparılması sahəsində işlərin görülməsi ilə əlaqədar olaraq ixtisaslaşmış mühəndislərdir. Qeyd edək ki, Qarabağ veteranları, şəhid ailələri və məcburi köçkünlər də "Estet" şirkətinin ailəsinə mənsub olaraq müxtəlif peşələrdə ixtisaslaşıblar.
"Estet" MMC bu sahədə hər il inkişafını davam etdirir. Hazırda şirkət aşağıdakı xidmət sahələrində də xüsusi sertifikatlara malik olaq peşəkar mütəxəssisləri ilə xidmət göstərir.
- Elektrik kabelləşməsi sistemləri,
- Şəbəkə infrastrukturu işləri,
- Havalandırma (ventilyasiya) sistemləri,
- Mühafizə sistəmlərinin qurulması işləri,
- Yüksək səviyyəli videomüşahidə sistemləri,
- Avtomatik yanğın söndürmə sistemlərinin quraşdırılması,
- Mərkəzi Səs və TV sistemləri,
- Laboratoriya avadanlıqlarının təchizatı,
- Telefoniya və tibb bacısı çağırış sistemi,
- Fiberoptik kabellər, Data Telekom kabelləri və Sonlanma sistemləri
- Struktur kabelləşdirmə (data və elektrik) sistemləri,
- Generator, UPS-lərin satışı, montaji və montaj sonrası texniki dəstək işləri,
- İT, Telekom və Rack Kabinlər
- İT Server otaqları üçün yüksəldilmiş döşəmə işləri...
Şirkət bu günə kimi Fövqəladə Hallar nazirliyinin inzibati binasının, Neft daşlarındakı Heydər Əliyev adına parkın, Qusar rayonunda Yeni Azərbaycan Partiyasının binasının, Bakı Nəqliyyat Agentliyinin, "Art akademiya" mərmər zavodunun, Gəncə alüminium zavodunun, Qusar rayonundakı Bayraq meydanı və Gənclər mərkəzinin və sair bu kimi obyektlərin elektrik işlərini, yanğın xəbərdalığı, giriş nəzarəti, video nəzarət, kompyuter-telefon şəbəkəsi, fiber optik əlaqə xətlərinin qurulmasını həyata keçirib. Lənkəran Olimpiya İdman Kompleksinin isitmə və soyutma sistemlərini quraşdırıb.
"Estet" MMC şəffaf, açıq və avtomatlaşdırılmış qaydada reallaşdırılan tenderlərdə qazandığı layihələrin öhdəsindən layiqincə gəlib və gördüyü işlərin texniki dəstəyini yetişdirdiyi yerli kadrlar vasitəsilə yüksək səviyyədə həyata keçirməyə davam edir.
Artıq Azərbaycanda xarici şirkətlərdən asılılığı aradan qaldıracaq yerli "Estet" şirkəti mövcuddur. "Estet" qarşısına qoyduğu yeni hədəf və məqsədlərə doğru iri addımlarla irəliləməyə, ölkənin qüdrətlənməsində yerli şirkət olaraq yetişdirdiyi kadrlarla, illərdir qazandığı təcrübələrlə öz töhfəsini verməyə davam edir.
Ətraflı: estet.az
Ünvan: AZ1008, Bakı, Malik Məmmədov küçəsi, 17
+994 12 497 17 16
+994 12 497 62 14
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
5 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
7 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
7 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
7 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar













.jpg)



.jpg)


