Çindən ABŞ-a cavab: "Qarşı tədbirlər görüləcəkdir"
ABŞ Prezidenti Donald Trampın Çinə əlavə gömrük vergisi tətbiq etmək qərarına Çin tərəfindən "qarşı tədbirlər görüləcəkdir" şəklində cavab verildi
ABŞ Prezidenti Donald Tramp yeni açıqlaması ilə ticarət müharibəsini "alovlandırıb". Rəsmi Pekin, Trampın açıqlamasının ardından bildirib ki, ABŞ, Çin məhsullarına əlavə gömrük vergisi tətbiq etməkdə israr edərsə qarşı tədbirlər görüləcəkdir.
"Marja" xəbər verir ki, Donald Tramp Cümə axşamı günü 300 milyard dollar dəyərində olan Çin məhsuluna əlavə 10 faiz gömrük vergisi tətbiq olunacağını bildirərək, Amerikalı istehlakçılara daha əvvəl heç olmadığı qədər birbaşa təsir edən bir ticarət həmləsi edib.
1 Sentyabrdan etibarən keçərli olacaq idxal vergilsi kompüterlər, ağıllı telefonlar və uşaq paltarlarına tətbiq ediləcək.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying tərəfindən verilən açıqlamada, "ABŞ-ın əlavə gömrük rüsumları tətbiq etməkdə israr etməsi vəziyyətində, Çin lazımi qarşı tədbirləri görəcəkdir" deyib, amma tədbirlər haqqında detallı məlumat verməyib.
Trampın dünən açıqladığı və ABŞ-ın Çindən bütün idxalını əhatə edən əlavə gömrük vergiləri, İyun ayında Trump-Xi görüşündə razılaşdırılan "atəşkəs" üçün sürpriz bir son oldu.
Çin hələlik hesab edir ki, gömrük vergiləri qoymaq ticarət fərqini həll etmək üçün qətiyyən doğru bir yol deyil.
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp, "Twitter" hesabından yeni açıqlama verib:
"Nümayəndələrimiz Çin ilə ticarət danışıqları apararaq ölkəmizə qayıtdılar. Üç ay əvvəl Çin ilə müqaviləmiz olacağını düşündük, ancaq təəssüf ki, Çin müqaviləni yenidən müzakirə etməyə qərar verdi.
Daha yaxın zamanda Çin ABŞ-dan böyük miqdarda kənd təsərrüfatı məhsulu alacağını açıqlamışdı, ancaq bu baş vermədi.
Bundan başqa, dostum Prezident Xi, Fentanyl-in ABŞ-a satışını dayandıracağını dedi - bu heç vaxt olmayıbdır və bir çox Amerikalı ölməyə davam edir.
Ticarət danışıqları davam edir və yeni mərhələ 1 Sentyabrda ABŞ-da başlayacaq.
ABŞ-da Çindən ölkəmizə gələn 300 milyard dollarlıq mallar üçün 10% əlavə tarif tətbiq etməyə başlayacaq. Bu, əlavə vergi, onsuz da 25 faiz gömrük vergisi qoyulmuş 250 milyard dollarlıq məhsulu əhatə etmir.
Çin ilə hərtərəfli müqavilə sahəsindəki müsbət dialoqumuzu davam etdirməyi ümid edirik ki, iki ölkə arasında gələcəyin çox parlaq olacağına inanırıq".
Birjalar, neft qiymətləri ABŞ Prezidenti Donald Trampın 300 milyard dollarlıq Çin məhsuluna 10 faiz gömrük vergisi tətbiq olunacağını bildirməsinin ardından düşüblər.
ABŞ Prezidenti Donald Trampın Çin ilə ticarət müharibəsini yenidən "alovlandırması" səngiyən qlobal tələbə dair narahatlıqları artırıb. Qlobal iqtisadi artımın aşağı düşməsilə neftə tələbin daha da azalacağı və nəticədə qiymətinin ucuzlaşacağı ehtimal edilir.
Our representatives have just returned from China where they had constructive talks having to do with a future Trade Deal. We thought we had a deal with China three months ago, but sadly, China decided to re-negotiate the deal prior to signing. More recently, China agreed to...
— Donald J. Trump (@realDonaldTrump) August 1, 2019
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
12 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
-
- 25 d. əvvəl
-
37 d. əvvəl
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
-
50 d. əvvəl
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
-
1 saat əvvəl
FED sədri “cinayət ittihamı aktı” ilə hədələndiyini açıqladı - “Bunlar bəhanədir”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Rəsmi məzənnələr açıqlandı
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
Ən çox oxunanlar
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb






















