"Bank Respublika" və AKİA fermerlərə sərfəli şərtlərlə kredit təqdim edəcək
® Bank Respublika və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) regionlarda fermer və sahibkarlar üçün “Daha yaxın, daha sərfəli” şüarı altında kredit yarmarkasına start verib.
Belə ki, Bank AKİA ilə olan əməkdaşlıq çərçivəsində müştərilərə daha rahat tərzdə xidmət göstərmək üçün xüsusi olaraq yaradılacaq mobil ofislər vasitəsilə region mərkəzlərində sahibkarları kredit şərtləri ilə taniş edərək onların müraciətlərinin qəbulunu aparacaq.
Qeyd edək ki, bu tip kreditlər Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına illik 7%-lə kənd təsərrüfatının inkişafı məqsədilə verilir. Damazlıq heyvan alışı üçün isə heyvanın dəyərinin 25%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 60% subsidiya (güzəşt), qalan məbləğ isə illik 7%-lə Bank tərəfindən kreditləşdirilir. Sahibkarlar tərəfindən texnikanın dəyərinin 20%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 40%-i həcmində subsidiya (güzəşt), qalan məbləğ isə Bank tərəfindən faizsiz kreditləşməklə kənd təsərrüfatı texnikası əldə etmək mümkündür.
Respublikanın müxtəlif regionlarında həyata keçiriləcək yarmarka sentyabr ayının 14-ə qədər davam edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 d. əvvəl
- 5 d. əvvəl
- 6 d. əvvəl
- 9 d. əvvəl
- 10 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Ən çox oxunanlar
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır






.jpg)
.jpg)









.jpg)



