"Gömrük vergiləri və devalvasiya ticarət fərqini həll etməyəcək"
Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ və Çini, gömrük vergilərini artırmağın daxili və qlobal iqtisadi artıma zərər verəcəyini bildirərək xəbərdarlıq edib. BVF eyni zamanda məzənnə manipulyasiyanın da işə yaramadığını bildirib.
"Marja" xəbər verir ki, BVF iqtisadçıları, "İkitərəfli gömrük vergilərinin artırılması ticarət disbalansını (bərabərsizliyini) aradan qaldrmaz, iki ölkəni də başqa ölkələrlə ticarətə istiqamətləndirir. Bu addımlar biznes etibarını və investisiyaları "baltalayıb" qlobal təklif zəncirini pozaraq ölkədaxili və qlobal iqtisadiyyata zərər verir. Eyni zamanda, istehlakçıların və istehsalçıların xərclərini artırır",- deyiblər.
Qeyd edək ki, ABŞ-ın Çinə ixracı, Çindən idxalından azdır. Tramp Çindən idxalı azaltmaq üçün bu ölkəyə əlavə gömrük vergiləri tətbiq edir və eyni zamanda bu ölkədən ABŞ mallarını almasını tələb edir. Həmçinin Donald Tramp Dolların çox dəyərli olduğunu bildirərək Fed-i faiz endirməyə və pul təklifini artırmağa çağırır. Artıq Çin, milli valyutası yuanı ucuzlaşdıraraq ABŞ-ın gömrük vergilərinin mənfi təsirini yumuşaltmağa çalışır.
Bir ölkənin öz puluna ucuzlaşdırması planının "əziyyətli və yüksək ehtimalla müvəffəqiyyətsiz" olacağını bildirən BVF iqtisadçıları, mərkəzi banklara edilən təzyiqlər ilə məqsədə çatılmayacağını vurğulayıblar.
Həmçinin müəlliflər, "Pul siyasətinin yumuşaldılmasının (faizlərin endirilməsi və s.) bir ölkənin pul vahidini zəiflədəcəyi və bunun da ticarət dövriyyəsində daimi yaxşılaşma təmin edəcəyi fikirinə çox bel bağlamamaq lazımdır",- deyə xəbərdarlıq ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 14 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
Ən çox oxunanlar
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı






.jpg)
.jpg)






.jpg)








