Sığorta haqlarının 74%-i 5 şirkətin kassasına daxil olur
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanılmış 422 milyon 931 min manat sığorta haqqının 312 milyon 431 min manatı və yaxud 73,9%-i 5 sığorta şirkətinin payına düşüb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (131 milyon 979 min manat), "PAŞA Sığorta" (96 milyon 469 min manat), "Azərsığorta" (38 milyon 778 min manat), "Atəşgah Sığorta" (23 milyon 29 min manat) və "Atəşgah Həyat Sığorta" (22 milyon 179 min manat) ASC-lərdir.
7 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (253 min manat), "Naxçıvan Sığorta" (300 min manat), "Amrah Sığorta" (336 min manat) və "Bakı Sığorta" (616 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1 milyon 505 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,3%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 108 milyon 995 min manat (25,8%) təşkil edib.
Sığorta ödənişlərinin 70%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyata keçirilmiş 154 min 632 min manat sığorta ödənişinin 107 milyon 607 min manatı və yaxud 69,6%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (52 milyon 729 min manat), "PAŞA Sığorta" (25 milyon 861 min manat), "Atəşgah Sığorta" (11 milyon 905 min manat), "Atasığorta" (8 milyon 631 min manat) ASC-lər və Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta" 8 milyon 481 min manat).
7 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (1 min manat), "Amrah Sığorta" (124 min manat), "Bakı Sığorta" (157 min manat) və "Rəvan Sığorta" (184 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 466 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin ümumi ödənişləri isə 46 milyon 559 min manat (30,1%) təşkil edib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 3 d. əvvəl
-
23 d. əvvəl
Su Kanal İdarəsinin kollektorları və sahə rəisi "kollektorda ölüm" işinə cəlb ediliblər
- 30 d. əvvəl
-
43 d. əvvəl
Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxunub
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Qızılın və gümüşün bahalaşması yenidən sürətlənəcək, qızıl 5000 dolları, gümüş isə 75 dolları keçəcək"
Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib
"BOA Agency"də növbədənkənar ümumi yığıncağı keçiriləcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Elektron siqaretlər qadağan olunur - Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq
Qızılın qiyməti 4 500 dollara yaxın səviyyədə yeni rekord həddə çatıb; ABŞ–Venesuela gərginliyi diqqət mərkəzindədir
Zelenski: Mükəmməl deyil, amma 20 maddəlik sülh planı mövcuddur
























