Texniki bitki istehsalçılarına subsidiyanın necə veriləcəyi məlum oldu
Gələn il Azərbaycanda günəbaxan istehsalçıları hər hektar əkin sahəsinə görə dövlətdən 200 manat subsidiya alacaqlar.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, bununla bağlı qərar Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qəbul edilib.
Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək. Beləliklə, günəbaxan üzrə əmsal 1 müəyyən edilib.
Tütün istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 280 manat subsidiya ödəniləcək. Bu bitki üzrə əkin əmsalı 1,4-dür. Amma bütün tütün əkənlərə subsidiya verilməsi nəzərdə tutulmayıb. Bu imtiyazdan yalnız Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarında tütün əkənlər faydalanacaq. Yəni, məhz bu rayonlarda tütünçülüyün inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub.
Tütün istehsalçılarına təhvil verdikləri hazır məhsula görə də subsidiya veriləcək. Quru tütün üçün məhsul əmsalı 0,25, yaş tütün üçün məhsul əmsalı isə 0,025 müəyyən edilib ki, bu da hər ton tütün üçün müvafiq olaraq 50 manat və 5 manat subsidiya deməkdir.
Pambıq istehsalçıları üçün isə hər hektar əkin sahəsinə görə subsiyayanın məbləği müvafiq olaraq 220 manat olacaq. Bu bitki üzrə əkin əmsalı 1,1-dir. Bununla belə, yalnız Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarında pambıq əkənlərə subsidiya ödəniləcək. Qalan rayonlarda pambıqçılığın stimullaşdırılması nəzərdə tutulmayıb.
Pambıq istehsalçıları təhvil verdikləri hər ton hazır məhsula görə isə 100 manat subsidiya alacaqlar. Bu bitki üzrə məhsul əmsalı 0,5-dir.
Şəkər çuğunduru istehsalçılarına da hər hektar əkin sahəsinə görə 280 manat subsidiya ödəniləcək. Bu bitki üzrə də əkin əmsalı 1,4-dür. Təhvil verilən hazır məhsulun hər tonuna görə də 4 manat subsidiya ödənilməsi nəzərdə tutulub. Bu bitki üzrə məhsul əmsalı 0,02-dir.
Çay istehsalçılarına subdisiya ödənişi isə bir qədər fərqli olacaq. Bu texniki bitkinin gec məhsul verdiyi nəzərə alınaraq plantasiyanın salındığı ilk 7 il ərzində hər hektar əkin sahəsinə görə 700 manat subdisiya ödənilməsi nəzərdə tutulub. Yəni, əkin əmsalı 3,5 olacaq. Növbəti illərdə isə əmsal 1,2-yə, subsidiyanın məbləği isə buna uyğun olaraq 240 manata endiriləcək. Amma subsidiyanı yalnız ənənəvi çayçılıq rayonlarında - Astara, Lənkəran, Masallı və Zaqatalada çay əkənlər alacaq.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)



