Türk Lirəsi inflyasiya məlumatından sonra bahalaşır
Türkiyədə avqust ayı inflyasiyasının proqnozdan aşağı qaldığını göstərən məlumatdan sonra Dollar/TL məzənnəsi geriləyib.
"Marja" xəbər verir ki, Dollar Lirə qarşısında 1,4% dəyərdən düşüb və məzənnə 5.7235-ə qədər geriləyib (Saat 20:00-a olan məlumat).
Lirə inkişaf edən ölkə pul vahidləri arasında dollara qarşı ən yaxşı performans göstərən pul vahidi olub.
Türkiyə Statistika Komitəsi (TÜİK) tərəfindən açıqlanan məlumatlara görə, inflyasiya Avqust ayında aylıq 0.86 faiz, illik 15.01 faiz olub. Sorğuya görə, inflyasiyanın Avqust ayında 16.65 faizdən 15.50 faizə düşəcəyi, aylıq müqayisədə isə 1,3% artacağı gözlənilirdi.
Türkiyənin Xəzinə və maliyyə naziri Berat Albayrak sosial media hesabından Avqust ayı inflyasiya göstəricisini qiymətləndirib.
Avqust ayında inflyasiyalarda əhəmiyyətli azalma olduğunu bildirən Albayrak "İstehsalçı qiymət indeksində azalma, inflyasiyada aşağı istiqamətli meyli davam etdirir. İnflyasiya ilə mübarizə siyasətlərimiz ilə, bütün sahələrdə il sonu hədəflərimizə çatacağıq" ifadələrini istifadə edib.
Ağustos ayında TÜFE, ÜFE ve çekirdek enflasyonda önemli düşüş kaydettik. Üretici fiyat endeksindeki düşüş, enflasyonda aşağı yönlü trendi devam ettiriyor. Enflasyonla mücadele ve sağlıklı büyüme öncelikli politikalarımız ile, tüm alanlarda yıl sonu hedeflerimizi yakalayacağız. pic.twitter.com/pXR5eNa6tr
— Berat Albayrak (@BeratAlbayrak) September 3, 2019
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
29 d. əvvəl
Goldman Sachs: Neft qiymətlərində risklər yuxarı istiqamətdədir
-
53 d. əvvəl
Gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
-
3 saat əvvəl
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
- 3 saat əvvəl
-
12 saat əvvəl
"Paşa Holding"də Baş icraçı direktorun müavini daha bir vəzifəyə təyin olunub
- 18 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Goldman Sachs: Neft qiymətlərində risklər yuxarı istiqamətdədir
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan–Belarus tikinti əməkdaşlığında yeni mərhələ
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Atəşkəsdən sonra Hörmüzdən ilk gəmi keçdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI






















