Sığorta agentləri yenidən 4% vergi ödəməkdə davam edəcəklər
Uzun müddətdən sonra sığortaçıları narahat edən məsələyə Konstitusiya Məhkəməsi aydınlıq gətirib. Konstitusiya Məhkəməsi Ali Məhkəmənin 2016-cı il 18 may tarixli qərarını ləğv edib. Bu isə o deməkdir ki, sığorta agentləri 20% əvəzinə yenidən 4% vergi ödəməkdə davam edəcəklər.
Qeyd edək ki, son iki il ərzində sığorta agentləri ilə vergi qurumları arasında vergi tutmanın həcmi ilə bağlı mübahisə yaranmışdı. 2014-cü ildən başlayaraq vergi orqanları sığorta agentlərindən 4% əvəzinə kütləvi surətdə 20% ilə mənfəət vergisi hesablamağa başladılar. Bununla bağlı isə ötən ilin may ayının 18-də Ali Məhkəmənin qərarı olmuşdu. Məhkəmə 20%-lik vergi tətbiqini qüvvədə saxladığından sığortaçıların bəziləri artıq ümidlərini kəsmişdilər. Bəzi sığorta agentləri ağır vergi yükü şəraitində işləməyə davam etsələr də, sığorta vasitəçilərinin bir qismi artıq fiziki şəxs olaraq sahibkar fəaliyyətlərini dayandırırdılar. Yaranan vəziyyətə mart ayının 10-da Konstitusiya Məhkəməsi aydıqlıq gətirib və sığorta agentlərinə tətbiq edilən 20%-lik vergini ləğv edib.
Vergi üzrə ekspert Vəli Əliyev açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsinin ləğv etdiyi Ali Məhkəmənin 2016-cı il 18 may tarixli qərarı üz qarasıdır. Bu qərara əsasən Ali Məhkəmə hesab edib ki, sığorta agenti kimi fəaliyyət göstərən şəxslər, sən demə sığorta təşkilatı hesab edilməlidir. Başqa sözlə desək, "sığorta təşkilatı" sözü ilə sığorta agenti olan fiziki şəxs eyni mənalıdır. Konstitusiya Məhkəməsinin qərarı isə bunun əksini sübut etdi.
Ekspert bildirib ki, Vergi Məcəlləsi qüvvəyə mindiyi 2001-ci ildən başlayaraq 2014-cü ilə qədər sığorta agentləri sadələşmiş vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınaraq agent komissiyasından 4% dərəcə ilə vergini büdcəyə hesablayıb ödəyirdilər. 2014-cü ildən isə vergi orqanları sığorta agentlərinə qarşı səlib yürüşünə çıxmışdılar: “ Sığorta agentlərinin bir qismi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təzyiqlərinə dözməyərək hesablanmış vergini ödəmək məcburiyyətində qaldılar. Bir qismi isə mübariz olaraq öz hüquqlarını müdafiə etməyə başladılar. Bizə isə bu mübarizədə qalib çıxmış sığorta agentlərini təbrik etmək düşür”.
© fins.az
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti



















