"Manatı bu səviyyədə qoruyub saxlamaq lazım deyil"
Mərkəzi Bankın açıqladığı rəsmi məlumata görə, bu gün 1 manat 1,7201 dollar səviyyəsində müəyyən olunub.
Artıq 1 aya yaxındır ki, mili valyuta dollar qarşısında dayanıqlılıq göstərir. Amma devalvasiyadan sonra və bayramqabağı artan qiymətlər enmək bilmir ki, bilmir...
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, milli valyutanın məzənnəsinin sabit saxlanması doğru deyil:
“Bir müddət əvvəl 1 dollar 1,90 manat səviyyəsinə qədər bahalaşmışdı. Mərkəzi Bankın yürütdüyü bu siyasət nəticəsində nəzarət mexanizmi bir qədər də gücləndirilib. Hazırda 1 manat 1,7201 dollar səviyyəsindədir.
Bu sabitlik müəyyən qədər effekt verə bilər. Amma uzun müddət üçün bu, manat qıtlığının artmasına, manat ətrafında ajiotaja səbəb ola bilər.
Mən düşünürəm ki, ilkin olaraq manata etibarlılığı artırmaq lazımdır. Hazırda manatın neftdən asılılığı qalır. İdxal-ixrac əməliyyatlarındakı problemlər müəyyən qədər öz həllini tapsa da, konkret olaraq nəticə yoxdur.
Bu səbəbdəndir ki, pul qıtlığı yaranıb, banklar kredit verə bilmir. Bütün bunlar gələcəkdə iqtisadiyyatın artımına müəyyən ziyan vuracaq. Bu gün manat öz həqiqi bazar dəyərini tapmalıdır.
Əks halda, real sektor, cənab prezidentin 11 sahə üzrə qəbul etdiyi strateji yol xəritəsi inkişaf etməsə, gələcəkdə çox pis vəziyyət yarana bilər.
Ona görə də, manatı bu vəziyyətdə qoruyub saxlamaq lazım deyil. Nəzarət mexanizmi - xaricə valyuta axının qarşısının alınması, idxal-ixrac əməliyyatlarında nəzarətin güclənməsi vacibdir.
Həm də real sektoru inkişaf etdirmək lazımdır ki, oradan gələn gəlirlər artsın. Manata etibarın artması Azərbaycan iqtsadiyyatı üçün çox önəmlidir”.
Manatın ucuzlaşması, həm də bayramla əlaqədar bahalaşan qiymətlərə gəlincə, deputat bunun obyektiv və subyektiv səbəblərinin olduğunu qeyd edib:
“Elə qiymətlər var ki, məhsul ölkədə istehsal olunsa da, bayram gələn kimi qalxır. Məsələ burasındadır ki, həmin qiymətlər bayramdan sonra da düşmür. Bu gün bəzi meyvələrin qiyməti bahalaşıb. Bunlar subyektiv səbəblərdir.
Amma obyektiv səbəblər də var. Belə ki, bir çox məhsullar, onların komplektləri xaricdən dollarla alınır. Digər tərəfdən, dollar ucuzlaşır, manat bahalaşır, amma qiymətlərə təsir etmir. Bu vaxt da istehsalçı şirkətlər deyir ki, “biz anbarlarda olan məhsulları satırıq. Onu dollar baha olanda almışıq. Hələlik yeni mal almamışıq, satdıqlarımız köhnə qiymətə aldıqlarımızdır”.
Bunların hamısı spekulyativ qiymətlərdir. Aidiyyəti orqanlar bunun üzərində işləməlidir. Bazardakı şişirdilmiş qiymətlərin qarşısı alınmalıdır. Əks halda, bütün bunlar sosial narazılıqlara səbəb ola bilər. Qiymətlər obyektiv səviyyədə müəyyən olunmalıdır”.
©Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
22 d. əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
32 d. əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ən çox oxunanlar
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı









.jpg)










