Bakıdakı məhdudiyyətə görə şirkət iflas etdi – LƏĞV EDİLDİ
“Transavto EKS” ASC-nin 2019-cu il sentyabrın 24-də keçirilən növbədənkənar ümumi yığıncağında ağır tonnajlı yük avtomobillərinin Bakı şəhərinə giriş və çıxışına qoyulan məhdudiyyətlərlə əlaqədar əsas fəaliyyət növü olan ağır tonnajlı yük avtomobillərinə qaraj xidməti göstərilməsinin qeyri-mümkün olması səbəbindən “Transavto EKS” ASC-nin ləğvi haqqında qərar qəbul edilmişdir.
“Marja” xəbər verir ki, bu, ASC-nin elanında deyilir.
“Transavto EKS”in qarajlarında yük avtomobillərinin təmiri həyata keçirilirdi. Bakıya girişə qoyulan məhdudiyyətə görə yük avtomobillərinin gündüz saatlarında bu servisə gətiriləməsi mümkün olmurdu. Bu səbəbdən şirkətin müştəriləri kəskin azalmış və fəaliyyətində maliyyə problemləri yaranmışdı.
2006-cı ildə qeydiyyata alınmış "Transavto EKS" ASC-nin reyestr məlumatlarına 2019-cu ilin İyul ayında dəyişiklik edilib. 468 min 406 manat nizamnamə kapitalına malik olan ASC-nin qanuni təmsilçisi Xankişi Nuriyevdir.
“Transavto EKS” ASC-nin səhmləri 2017-ci ildən Bakı Fond Birjasında listinqdədir.
“Transavto EKS” ASC Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3105-ci məhəllədə yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb





.jpg)
.jpg)







.jpg)




