“Azərxalça” Türkiyədən mütəxəssislər dəvət edib
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrindən biri də Bərdə rayonunda yaradılıb. Bu ilin may ayından fəaliyyətə başlayan tədarük məntəqəsi Ağdam, Füzuli, Beyləqan, Ağcabədi, Tərtər, Goranboy, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarına və Yevlax şəhərinə xidmət göstərir. Tədarük məntəqəsində yun qəbulu prosesi davam etdirilir.
“Azərxalça” ASC-nin yaydığı məlumatda bildirilir ki, Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov Bərdədəki regional məntəqədə olub, xarici mütəxəssislərin iştirakı ilə yun tədarükünün gedişi ilə maraqlanıb.
Baxış zamanı qeyd olunub ki, Sumqayıt Kimya Sənaye Parkında inşa olunan Yunəyrici-Boyaq Fabrikinin fəaliyyətinin təmin olunması məqsədilə Türkiyədən mütəxəssislər dəvət edilib. Həmin mütəxəssislər həm fabrik, həm də tədarük məntəqələri üçün yerli mütəxəssislər hazırlayaraq bu sahənin kadr potensialını formalaşdıracaqlar. Onlar bu sahə üzrə ixtisaslaşmış təcrübəli mütəxəssislərdir. Məqsəd beynəlxalq təcrübəni Azərbaycanda tətbiq etməkdir.
Bildirilib ki, məntəqədə yalnız ildə bir dəfə, diri qoyunların bel hissəsindən qırxılan, uzunluğu ən azı 8 santimetr olan yunun qəbulu həyata keçirilir. İndiyədək 100 tona yaxın yun qəbul olunub. Onun 45 tonu çeşidlənərək Yunəyrici-Boyaq Fabrikinə təhvil verilməsi üçün hazırlanıb.
Məlumat verilib ki, regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənir. Yun çeşidləndikdən sonra Sumqayıtdakı fabrikə göndəriləcək məhsulun üzərinə xüsusi yarlıqlar vurulur. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü (qaba və incə), nəmliyi barədə məlumatlar öz əksini tapır.
Türkiyədən dəvət olunmuş mütəxəssislər Əli Koroğlu və İsmayıl Çoruh regional məntəqəyə qəbul edilmiş yunun keyfiyyəti, işçilərin peşəkarlıq səviyyələrinin artırılması istiqamətində görülən işlər barədə məlumat veriblər.
İdarə Heyətinin sədri yun tədarükü zamanı müəyyənləşdirilmiş standartlara ciddi əməl olunması, məntəqəyə keyfiyyətli yunun qəbul edilməsi barədə tapşırıqlar verib.
Qeyd edək ki, məntəqədə işçilər üçün lazımi şərait yaradılıb, burada inzibati otaqlar və yeməkxana istifadəyə verilib. Məntəqənin işçiləri xüsusi geyim forması ilə təmin olunublar.
Tədarük məntəqəsinə hər il 300 ton yun qəbul ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 32 d. əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)







