Avro "Almaniya xofu" ilə daha da ucuzlaşıb
Avro dollar qarşısında, Almaniyanın iqtisadi artım proqnozunun aşağı salınacağı qorxusu ilə ucuzlaşmaqda davam edib.
"Marja" xəbər verir ki, "Reuters"in məsələ haqqında məlumata malik iki mənbəyə istinadən yaydığı xəbərində, aparıcı iqtisadi qurumların Almaniyanın 2019-cu il üzrə iqtisadi artım proqnozunu azaldacaqları bildirilib. Xəbərin ardından avro dollar qarşısında 0.5 faiz düşərək 1.0886 səviyyəsinə qədər enib.
Xəbərdə, Aprel ayında, 2019-cu ildə iqtisadi artımın 0.8 faiz olacağını ehtimal edən qurumların, bu proqnozu 0.5 faiz artıma endirdikləri qeyd edilib.
Xəbərə görə, təşkilatlar 2020-ci il üçün artım proqnozunu Aprel ayındakı 1.8%-dən 1.1%-ə endiriblər.
Qurumların 2021-ci il üçün iqtisadi artım proqnozu isə 1.4 faizdir.
WH, DIW, Ifo, IfW və RWI-dən ibarət olan bu qurumlar proqnozlarını Çərşənbə günü açıqlayacaqlar.
Qeyd edək ki, Almaniyanın ixracı azaldığından ölkədə iqtisadi artım ləngiyir. Azalan ixrac sənaye istehsalının də düşməsinə səbəb olur. Qlobal iqtisadi artımın yavaşlaması və ticarət müharibələri Almaniyanın ixracına mənfi təsir edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
8 d. əvvəl
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
- 46 d. əvvəl
-
-
1 saat əvvəl
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
-
1 saat əvvəl
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
- 1 saat əvvəl
-
10 saat əvvəl
"Paşa Holding"də Baş icraçı direktorun müavini daha bir vəzifəyə təyin olunub
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan–Belarus tikinti əməkdaşlığında yeni mərhələ
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Ən çox oxunanlar
Atəşkəsdən sonra Hörmüzdən ilk gəmi keçdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb





















