Türkiyə və Rusiya Lirə və Rubl istifadəsi üçün rəsmən razılaşdı
Rusiya Maliyyə Nazirliyi, Türkiyə ilə milli valyutalarla ticarət haqqında saziş imzalandığını açıqlayıb.
"Marja" xəbər verir ki, Rusiya Maliyyə Nazirliyindən verilən açıqlamada, Türkiyə ilə Rusiya arasındakı ticarətdə milli pul vahidlərinin istifadəsinə dair 4 Oktyabrda müqavilə imzalandığı qeyd olunub.
Açıqlamada, Türkiyənin Xəzinə və Maliyyə Naziri Berat Albayrak ilə Rusiya Baş Nazirinin Müavini və Maliyyə Naziri Anton Siluanov tərəflərindən imzalanan müqavilə ilə iki ölkə arasındakı ticarətdə mərhələli olaraq rubl və lirə istifadəsinin artırılacağı qeyd edilib.
Müqavilə ilə maliyyə bazar infrastrukturunun təşkil ediləcək.
Açıqlamada, müqavilə sayəsində Türkiyə banklarının Rusiyanın SWIFT alternativi SPFS (Maliyyə Mesajlaşma Sistemi) ilə əlaqəsinin və Rusiyanın MIR kartının Türkiyədə istifadəsinin genişləndiriləcəyi məlumatına yer verilib.
Açıqlamada, "Milli pul vahidlərində likvidlik təminetmə səviyyəsini artırmaq üçün iki ölkənin milli bazarlarında Rusiya və Türkiyə şirkətlərinin borc sənədləri emissiya etmə vasitələri inkişaf etdiriləcəkdir. Müqavilənin imzalanması, Rusiya ilə Türkiyə arasında ticarət və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün mühüm bir addımdır",- deyilir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
-
33 d. əvvəl
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
-
49 d. əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
3 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
3 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 27-nin hava proqnozu - 30 dərəcəyədək isti olacaq
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı






.jpg)







.jpg)





