Qeyri neft-qaz məhsullarının ixracı 1,3 milyard dollardan azdır
2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 110 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.
Dövlət Statistika Komitəsindən “Marja”ya bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 22 milyard 340,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 12 milyard 958,8 milyon dollar, idxalın dəyəri 9 milyard 381,9 milyon dollar təşkil etmiş, nəticədə 3 milyard 576,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 10,1 faiz, real ifadədə isə 3,2 faiz, o cümlədən idxal 8,0 faiz, ixrac 0,8 faiz artmışdır.
2019-cu ilin yanvar-avqust ayları ərzində ölkədən 1 milyard 277,4 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,8 faiz, real ifadədə isə 12,2 faiz çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 28,6 faizini İtaliyaya, 12,9 faizini Türkiyəyə, 7,1 faizini İsrailə, 5,6 faizini Hindistana, 5,1 faizini Çinə, 4,8 faizini Almaniyaya, 4,0 faizini İspaniyaya, 3,4 faizini Rusiyaya, 3,3 faizini Fransaya, 3,2 faizini Çexiyaya, 2,9 faizini Gürcüstana, 2,3 faizini Birləşmiş Krallığa, 2,2 faizini Portuqaliyaya, 2,0 faizini Ukraynaya, 12,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,4 faiz), Türkiyəyə (21,8 faiz), İsveçrəyə (8,7 faiz), Gürcüstana (8,7 faiz), İtaliyaya (2,6 faiz), Ukraynaya (2,3 faiz), Yunanıstana (2,3 faiz), Çinə (2,0 faiz), İrana (1,6 faiz) və Niderlanda (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,6 faizi Rusiya, 12,7 faizi İsveçrə, 10,4 faizi Türkiyə, 9,1 faizi Çin, 6,3 faizi ABŞ, 5,0 faizi Almaniya, 4,2 faizi Kanada, 3,6 faizi İran, 3,2 faizi Ukrayna, 3,1 faizi Avstraliya, 2,6 faizi İtaliya, 2,0 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Qazaxıstan, 19,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2019-cu ilin yanvar-avqust aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 23,5 faiz, şəkər – 1,6 dəfə, tütün – 2,0 dəfə, meyvə və tərəvəz şirələri – 37,0 faiz, çay – 9,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 47,7 faiz, pambıq lifi – 1,6 dəfə, pambıq ipliyi – 43,7 faiz, emal olunmamış alüminium – 15,2 faiz, qara metallardan yarımfabrikatlar – 10,4 faiz, bentonit gili – 13,3 faiz artmış, təzə tərəvəz ixracı isə 1,1 faiz, kartof – 7,4 faiz, meyvə və tərəvəz konservləri – 3,5 faiz, bitki yağları – 29,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 20,2 faiz, polietilen – 2,9 faiz, qara metallardan borular – 82,5 faiz azalmışdır.
2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2019-cu ilin yanvar-avqust aylarında buğda idxalı 16,7 faiz, xam şəkər və şəkər – 50,0 faiz, təzə meyvə – 4,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 5,1 faiz, quş əti və onun əlavə məhsulları – 11,3 faiz, kartof – 7,9 faiz, mal əti – 14,6 faiz, təzə tərəvəz – 39,1 faiz, minik avtomobilləri – 1,9 dəfə, polad prokatı – 24,4 faiz, mineral gübrələr – 35,7 faiz, hesablama maşınları, blok və qurğuları – 26,1 faiz, rezin şinlər – 10,4 faiz, mebellər – 6,1 faiz, məişət kondisionerləri – 1,6 dəfə, polietilen – 32,5 faiz, yük avtomobilləri – 1,7 dəfə, avtobuslar – 2,5 dəfə, paltaryuyan maşınlar – 15,7 faiz, qara metallardan künclüklər – 16,0 faiz artmış, bitki yağı idxalı isə 2,2 faiz, siqaret – 46,5 faiz, çay – 0,1 faiz, qara metallardan borular – 12,8 faiz, qara metallardan çubuqlar – 19,1 faiz, sement və sement klinkerləri – 24,7 faiz, məişət soyuducuları – 19,2 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
9 d. əvvəl
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 5 saat əvvəl
-
8 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
8 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb





















