Kütləvi təklif yoxsa Qapalı yerləşdirmə?
Daha öncədən məlumat verdiyimiz kimi, qiymətli kağızlar bazarı böyük şirkətlərə gəlir qazanmaqla yanaşı, borc və kapital cəlb etmək üçün də əlverişli imkanlar yaradır. Belə ki, nüfuzlu şirkətlər istiqraz buraxmaqla (emissiya etməklə) lazımi həcmdə borc vəsait, səhm emissiya etməklə isə ehtiyacı olan kapitalı asanlıqla əldə edə bilərlər. Qeyd edək ki, səhmlərin İlkin Kütləvi Təklif (İPO) edilməsi nəticəsində həm də şirkətlərin qiymətli kağızlar bazarında real dəyəri formalaşmış olur.
Bəs qiymətli kağızları hansı üsullarla yerləşdirmək olar?
Mövcud qanunvericiliyə görə şirkətlər öz qiymətli kağızlarını ilkin bazarda iki yolla yerləşdirə bilərlər:
a) Kütləvi təklif yolu ilə
b) Qapalı yerləşdirmə yolu ilə
Sadə dillə desək, şirkətlər qiymətli kağızlarını ya bütün ictimaiyyətə bildirərək (məsələn, SOCAR istiqrazlarının yerləşdirilməsi) kütləvi təklif yolu ilə, ya da əvvəlcədən razılaşdırılmış bir neçə investora (sayı 50-dən az olmaq şərtilə) təklif edərək qapalı yerləşdirmə yolu ilə sata bilər. Qeyd edək ki, Kütləvi təklif üsulu ilə yerləşdirmə yalnız birjada, Qapalı yerləşdirmə isə adətən birjadankənar, bəzi şərtlər daxilində isə birjada həyata keçirilə bilər. Bu baxımdan hər iki yerləşdirmə üsulunun özünəməxsus xüsusiyyətləri, şərtləri, üstün və zəif cəhətləri mövcuddur.
Kütləvi təklif üsulu ilə yerləşdirmə
Kütləvi təklif üsulu ilə yerləşdirmənin ilk növbədə aşağıdakı üstünlükləri mövcuddur:
1. Yeni və daha geniş investor bazası
2. Şəffaf qiymətlə qiymətli kağızların və şirkətin real bazar dəyərinin formalaşması
3. Qiymətli kağızlar üzrə likvidliyin artması
4. Emitent şirkət üçün müsbət korporativ reputasiya
Qapalı yerləşdirmə
Qapalı yerləşdirmənin ilk növbədə şirkətlər üçün aşağıdakı üstünlükləri mövcuddur:
1. Tələb olunan sənədlərin nisbətən azlığı
2. Yerləşdirmə prosesinə nisbətən az zaman sərf olunması
3. Məlumatların ictimaiyyətə açıqlanmasına ehtiyac olmaması
Lakin xüsusilə qeyd etmək lazımdır ki, qiymətli kağızlarını Qapalı yerləşdirən emitent şirkətlər Kütləvi təklif üsulu ilə yerləşdirmənin yaratdığı imkanlardan məhrum olmuş olur.
Qiymətli kağızların emissiyası barədə daha dolğun məlumatı həmçinin İnvestisiya şirkətlərinə, Listinq Məsləhət Proqramına (LMP) və yaxud Assosiasiyamıza müraciət etməklə də əldə edə bilərsiniz.
Marja.az üçün Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
9 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 9 saat əvvəl
-
-
11 saat əvvəl
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mikayıl Cabbarov “Fiba Holdinq”in nümayəndələri ilə görüşüb, əməkdaşlıq müzakirə edilib
-
14 saat əvvəl
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
-
14 saat əvvəl
Heqset: ABŞ Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilir
-
14 saat əvvəl
ABŞ-ın müharibə naziri: Bəlkə də İrana qoşun yeritməyə ehtiyac olmayacaq
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
Baffetdən xüsusi açıqlamalar: "Qeyts ilə əlaqəni kəsmişəm"
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Aprelin 1-dən qadağan edilir
“Azercell" də Baş icraçı direktor vəzifəsi yaradılıb
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək

























