2 Yaponiya şirkəti Azərbaycanda xalça idxalına başladı
Oktyabrın 23-də Yaponiyanın “Chiyoda Jyutan” şirkətinin prezidenti Yoşiaki Morikava və “Sathi Group” şirkətinin icraçı direktoru Aziz Kan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətində olublar.
Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədr müavini Orxan Rzayev qonaqlara məlumat verib ki, hazırda “Azərxalça”nın 21 filialı fəaliyyət göstərir. Bu filiallarda müxtəlif ölçülərdə, yüksək keyfiyyətli yun xalçalar toxunur. İndiyədək 14 min kvadratmetrə yaxın xalça istehsal edilib.
“Chiyoda Jyutan” şirkətinin prezidenti Yoşiaki Morikava rəhbərlik etdiyi şirkətin fəaliyyəti, Azərbaycana səfərlərinin məqsədi barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, bu şirkət Yaponiyaya xalça idxal edir. Şirkətin mütəxəssislərinin apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Azərbaycanda istehsal edilən xalçalar keyfiyyətlidir və Yaponiya bazarında bu məhsullara tələbat var. Ona görə də “Azərxalça”nın istehsalı olan məhsulların Yaponiyaya idxalında maraqlıdırlar.
Yaponiyanın xalça satışı üçün böyük imkanlara malik olduğunu vurğalayan “Sathi Group” şirkətinin icraçı direktoru Aziz Kan deyib ki, şirkət dünyanın müxtəlif ölkələrindən Yaponiyaya xalça idxal edir: “Burada toxunan xalçalarla tanış olarkən gördük ki, orijinal Azərbaycan xalçalarının tayı-bərabəri yoxdur. Bu xalçalar həm naxış elementlərinə, həm rəng koloritinə, həm də orijinallığına görə seçilir. İnanırıq ki, Azərbaycan xalçalarını Yaponiya bazarına çıxarsaq, onun çox alıcısı olacaq”.
Sonra qonaqlar Səhmdar Cəmiyyətin müxtəlif filiallarında toxunan xalçalara baxıblar və ilkin olaraq 10 xalça alıblar.
"Azərxalça" ilə bu şirkətlər arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəlinib, Azərbaycan xalçalarının Yaponiya bazarına çıxarılması perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
47 d. əvvəl
Bank Respublika “ASAN Məktub” proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi
-
1 saat əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
1 saat əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub










.jpg)







.jpg)
