“Səba” bu il taxıl əkinlərini genişləndirib
“Səba” şirkəti payız əkini mövsümündə 4200 hektardan artıq sahədə taxıl bitkiləri (buğda və arpa) əkməyi planlaşdırıb.
“Səba”-nın törəmə müəssisəsi olan “Qarabağ Taxıl” əkinçilik şirkəti bu günədək 1400 hektar sahədə səpin aparıb.
“Əlverişli hava şəraiti bizə bu il payızlıq əkinə 10-15 gün tez başlamaq imkanı verib. Havalar yağıntılı keçməsə, bir ay ərzində səpini başa çatdıracağıq” – “Qarabağ Taxıl” şirkətinin idarə heyətinin sədri Vüqar Baloğlanov bu barədə məlumat verib.
Səpinə tamamilə hazır olan şirkət 4 rayon - Beyləqan, Ağcabədi, Kürdəmir və Şabran rayonları ərazisindəki sahələrində arpa və buğda əkir.
Biçini vaxtında və itkisiz başa vuracaqlarını bildirən şirkət rəhbəri yalnız Beyləqanda şəkər çuğunduru yığımının davam etdiyini, bununla da payız biçinini 95% tamamladıqlarını qeyd edib.
“Qarabağ Taxıl” növbəti ilin əkin planını da müəyyənləşdirib. Ölkənin ilk özəl iri taxılçılıq təsərrüfatının yaradıldığı bu müəssisə 2020-ci ilin yaz əkinində sərəncamında olan bütün sahələrdə əkin aparacaq. “Biz növbəli əkinə üstünlük veririk. Əkdiyimiz qarğıdalı, soya, buğda, arpa, şəkər çuğunduru bitkilərinin yerini dəyişirik, bununla da əkin rotasiyası ilə torpaqların yaxşılaşdırılmasına nail oluruq. Bu, bizə torpaqdan maksimum məhsuldarlıq əldə etməyə imkan verir. Gübrələrdən qayda ilə və normalara uyğun istifadə yetişdirdiyimiz məhsulun sağlamlığına xidmət edir. Səba mineral gübrələrlə yanaşı, öz istehsalı olan orqanik gübrədən də istifadə edir. Bu da becərdiyimiz məhsulun faydalılığını və sağlamlığını təmin edir”- “Qarabağ Taxıl” şirkətinin İdarə heyətinin sədri Vüqar Baloğlanov deyib.
“Qarabağ Taxıl” şirkəti 2012-ci ildən fəaliyyət göstərir. Müəssisə ölkənin 5 rayonunda - Beyləqan, Ağcabədi, Füzuli, Ağsu, Kürdəmir, Şabran rayonlarında 12 min hektardan artıq əkin sahəsinə malikdir. Dən və yem qarğıdalı, soya, arpa, buğda, şəkər çuğunduru yetişdirməklə yanaşı, toxumçuluq fəaliyyəti də göstərir. Buğda və qarğıdalı seleksiyası ilə məşğul olan “Qarabağ Taxıl” bu il ilk dəfə olaraq, hibrid qarğıdalı və orijinal soya toxumları becərilməsinə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 d. əvvəl
PAŞA Bank tarixi IPO-ya start verir - 1 SƏHMİN TƏKLİF QİYMƏTİ MƏLUM OLDU
-
16 d. əvvəl
"Reuters": İran və ABŞ-a plan təqdim olunub, razılaşma bu gün əldə edilməlidir
-
-
41 d. əvvəl
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
- 48 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
KİV: ABŞ və İran 45 günlük atəşkəslə bağlı müzakirələr aparır
- 2 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
Şahdağda qarın hündürlüyü 1 metri keçib, Bakıya düşən yağıntının miqdarı aylıq normanın 390%-ni təşkil edir
Prezident İlham Əliyev Gürcüstana dövlət səfərindədir
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
Xarici bank Azərbaycana 700 milyon dollar kredit ayırır - Bu vəsaitə 4 yeni metro stansiyası tikiləcək
Neft qiymətləri yüksəlişdədir






















