Dövlət daxili bazardan proqnozdan 2 dəfə çox borc götürüb
Azərbaycan dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsində xarici borclanmanı azaldıb, daxili borclanmanı artırıb.
"Marja" xəbər verir ki, bu, Hesablama Palatasının 2020-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinə rəyindən məlum olur.
Daxili borclanmadan (ölkə daxilində qiymətli kağızların (dövlət istiqrazlarının) yerləşdirilməsindən) daxilolmalar hesabına 2020-ci il dövlət büdcəsi kəsirinin 100 milyon manat məbləğinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.
Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə 2018-ci ildə daxili və xarici borclanmadan daxilolmalar hesabına 222,6 milyon manat yönəldilmiş, 2019-cu ilin 8 ayı üzrə müvafiq daxilolmalar üzrə 106,4 milyon manat məbləğində proqnoza qarşı 218 milyon manat, yəni 111,6 milyon manat və ya 2 dəfə çoxtəşkil etmişdir ki, bu daxili borclanmadan, ölkə daxilində qiymətli kağızların (istiqrazların) yerləşdirilməsindən olmuşdur.
Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin layihəsi ilə birgə təqdim edilmiş məlumat əsasən, 2019-cu ildə nəzərdə tutulduğu kimi, növbəti ildə də xaricdən cəlb edilmiş kreditlərin (951 milyon manat) dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur.
2019-cu ilin 8 ayı ərzində xaricdən cəlb edilmiş kreditlər hesabına dövlət büdcəsi kəsirinin bağlanmasına 1 milyard 34,3 milyon manat məbləğində proqnoza qarşı 334,7 milyon manat, yəni 699,7 milyon manat və ya 3,1 dəfə az vəsait yönəldilmişdir.
Dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı 2020-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həmin ilin dövlət büdcəsi kəsirinin 1 milyard 666,2 milyon manat məbləğinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur ki, bu mənbədən 2019-cu ilin 8 ayının yekunları üzrə büdcə kəsirinin maliyyələşdirilməsi həyata keçirilməmişdir. Dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı 01.01.2017-ci il tarixə 2 milyard 307,2 milyon manat, 01.01.2018-ci il tarixə 1 milyard 644,6 milyon manat, 01.01.2019-cu il tarixə 872,4 milyon manat, 31.08.2019-cu il tarixə 1 milyard 516,9 milyon manat təşkil etmişdir.
DÖVLƏTİN DAXİLİ BORCU ARTIB
2019-cu ilin 1 iyul tarixinə dövlətin daxili borcu 1 milyard 346,1 milyon manat təşkil etmişdir ki, bu da cari ilin əvvəli ilə müqayisədə 25,89 milyon manat və ya 2,0% çoxdur. Qeyd etmək lazımdır ki, daxili dövlət borcu dövlət istiqrazlarından (xüsusi çəkisi 86,0%), dövlət büdcəsindən xidmət edilən məqsədli dövlət istiqrazlarından (xüsusi çəkisi 2,0%) və daxili dövlət borcu sayılan şərti öhdəliklərdən (xüsusi çəkisi 12,0%) formalaşdırılmışdır.
Təqdim olunmuş məlumatlara əsasən Maliyyə Nazirliyi tərəfindən 2019-cu ilin 6 ayı ərzində nominal üzrə yerləşdirilmiş istiqrazların məbləği 334,9 milyon manat təşkil etmişdir. Yerləşdirilmiş istiqrazlar üzrə dövlət büdcəsinə 324,8 milyon manat daxil olmuşdur ki, bundan da əvvəlki illərdə buraxılmış istiqrazlar üzrə 222,3 milyon manat (əsas borc) geri ödənilmişdir. Beləliklə 01.07.2019-cu il tarixə büdcə kəsirinin maliyyələşdirilməsinə daxili borclanma üzrə 102,5 milyon manat vəsait yönəldilmişdir. Dövlət büdcəsi kəsirinin mənbələr üzrə maliyyələşdirilməsi barədə Maliyyə Nazirliyinin 2019-cu ilin 8 aylıq məlumatına əsasən bu mənbə üzrə kəsirin bağlanmasına 218 milyon manat yönəldilmişdir.
Son nəticədə 01.07.2019-cu il tarixə dövlət istiqrazları üzrə borcun ümumi məbləği 1 milyard 291,8 milyon manat (o cümlədən 134,5 milyon manat faiz borcu) təşkil etmişdir. 2019-cu ilin 6 ayı ərzində geri qaytarılmış istiqrazlar üzrə ödənilmiş faiz və diskont məbləği isə 45,1 milyon manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 21 saat sonra
-
11 d. əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
- 23 d. əvvəl
-
1 saat əvvəl
Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışı olub
-
1 saat əvvəl
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu
-
2 saat əvvəl
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməli qoyuldu
-
2 saat əvvəl
Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışı oldu
- 2 saat əvvəl
-
2 saat əvvəl
20 milyon manatlıq ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi açıldı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu
Ən çox oxunanlar
SOCAR 225 milyon dollara Türkiyədə elektrik stansiyası aldı
20 milyon manatlıq ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi açıldı
Prezident Kərkicahan sakinlərlə görüşüb
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB






















