“Yeni kartlarımızın sayını 1 ildə 50 min ədədə çatdırmağı hədəfləyirik”
“Rabitəbank”ın yeni “Kartmane” kartları üzrə ilk satış hədəfi 50 min ədədlik saya çatmaqdır
"Hazırda “Rabitəbank”ın “Kartmane” kartlarının sayı 15 min ədəddir. 2020-ci ilin sonunadək daha 35 min kart satılaraq sayın 50 min ədədə çatdırılması nəzərdə tutulur".
Bunu “Marja”ya “Rabitəbank”ın Baş direktoru Ziya Nuriyev bildirib.
Bankın Baş direktoru qeyd edib ki, hazırda Azərbaycanda bank xidmətləri ilə əhatə olunmayan kifayət sayda əhali var: “İlk növbədə bank xidmətləri ilə əhatə olunmayan əhali hədəfimizdə olacaqdır. Eyni zamanda, mövcud kart sahiblərinin “Kartmane”ni maraqla qarşılayacaqlarını gözləyirik. Çünki “Kartmane” ilə xərcləyib qazanmaq daha sərfəlidir. “Kartmane” sahibləri 10-dan artıq imtiyazlara sahib olacaqlar, bu imtiyazlardan 10%-dən “cashback”, kart qalığına 6% əlavə gəlirin hesablanması, götürülən kreditdən 100 gün müddətində faizsiz istifadə edilməsi imtiyazlarını qeyd edə bilərəm”.
Ziya Nuriyev əlavə edib ki, eyni zamanda “Rabitəbank”ın bütün kartlarının adı “Kartmane”yə dəyişdiriləcəkdir.
“Kart 5 illik təqdim edilir. Kartın illik qiyməti 10 manatdır. Əgər müştəri hesabına minimum 500 manat mədaxil edərsə kart pulsuz təqdim edilir. Həm debet və həm də kredit “Kartmane” kartımızda bonus proqramı mövcuddur. Bütün kartlarımız “Kartmane” və “Kartmane Premium” olacaq. Gələn ilin 1-ci rübü ərzində bonus proqramını iş adamlarına təklif etdiyimiz “Bizkart”lara da şamil edəcəyik. Biz gələn il ərzində əməkhaqqı kartlarının da “Kartmane” kartına çevrilməsini nəzərdən keçirəcəyik. Bankın kart bazasının yalnız “Kartmane”lərdən ibarət olmasını qarşımıza məqsəd qoymuşuq. Biz istəyirik ki, bonus proqramı bütün müştərilər üçün əlatan olsun”.
10%-DƏK "CASHBACK", 100 GÜNLÜK GÜZƏŞT MÜDDƏTİ
İndiyədək debet versiyası olan “Kartmane”nin Dekabr ayının 1-dən etibarən kredit versiyası da satışa çıxacaq. “Kartmane” kredit kartının ən mühüm üstünlüyü Azərbaycanda ilk dəfə 100 gün güzəşt müddətini təqdim etməsidir. Kart sahibi borc götürdüyü vəsaitdən 100 gün ərzində faizsiz istifadə edə biləcəkdir.
Həm “Kartmane”debet, həm də “Kartmane” kredit kartlarında “cashback”ın yüksək faizləri diqqəti cəlb edir. Xərclənən məbləğin 10%-dək hissəsi geri aytarılacaqdır.
HƏMÇİNİN OXU:Azərbaycanın qocaman bankı imicini dəyişdi - FOTOLAR
Qeyd edək ki, “Kartmane” debet kartı tamamilə yenilənib, özündə əlavə imtiyazları birləşdirir. “Kartmane” kredit kartı ilk dəfədir bazara təqdim edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 56 d. əvvəl
-
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ

























