“NEQSOL Holdinq” cəlb etdiyi 734 milyon dollar kredit ilə Ukraynadakı operatoru alıb
“NEQSOL Holdinq” şirkətlər qrupu “Vodafone Ukrayna” şirkətinin alışının yekunlaşdığını elan edir.
“NEQSOL Holdinq”dən “Marja”ya daxil olmuş məlumata görə, şirkətin alışının maliyyələşdirilməsi “J.P. Morgan Securities Plc” və “Raiffeisen Bank International A.G.”nin rəhbərliyi ilə beynəlxalq fond və maliyyə qurumları qrupu tərəfindən təmin edilib.
Daha əvvəl xəbər verdiyimiz kimi, “NEQSOL Holdinq” şirkətlər qrupu Rusiyanın “MTS” ilə onun Ukraynada telekommunikasiya biznesinin 734 milyon ABŞ dolları (1 milyard 248 milyon manat), o cümlədən 84 milyon ABŞ dolları nəticə üzrə ödəmə müqabilində alınması barədə müqavilə imzalamışdır.
““J.P. Morgan Securities Plc” şirkəti “NEQSOL Holdinq” şirkəti üçün maliyyə məsləhətçisi qismində çıxış edib. “J.P. Morgan Securities Plc” və “Raiffeisen Bank International A.G.” müvafiq maliyyə vəsaitini təşkil edib. Maliyyələşmə prosesi beynəlxalq banklardan və institusional investorlardan ibarət qrupun iştirakı ilə təmin edilib.
“NEQSOL Holding”in investisiya komandası “DLA Piper”, “PwC”, “Deloitte” və “Detecon” şirkətlərinin iştirakı ilə ümumi M&A prosesinə rəhbərlik edib”, - holdinqin məlumatında deyilir.
"BİZ UKRAYNANIN ƏN UĞURLU ŞİRKƏTLƏRİNDƏN BİRİNİ ƏLDƏ ETMİŞİK"
“Biz Ukraynanın ən uğurlu şirkətlərindən birini əldə etməklə beynəlxalq genişlənmə strategiyamızı həyata keçiririk. Bu razılaşmanın ərsəyə gəlməsində əməyi olan bütün tərəflərə təşəkkür edirəm. Strateji investor olaraq bizim uzunmüddətli hədəflərimiz var və şirkətin gələcək inkişafı üçün öz töhfəmizi verəcəyik" – “NEQSOL Holding” şirkətlər qrupunun təsisçisi və sahibi Nəsib Həsənov bildirib.
"BÖYÜK MALİYYƏ VƏSAİTİNİ NÜFUZLU QURUMLARDAN CƏLB ETMİŞİK"
“NEQSOL Holding müxtəlif ölkələrdə və sahələrdə beynəlxalq təcrübəyə və uğurlara malikdir, ən yüksək beynəlxalq maliyyə və komplayens standartlarına uyğun fəaliyyət göstərir. Bunun sayəsində biz nüfuzlu beynəlxalq maliyyə qurumlarından böyük maliyyə vəsaiti cəlb edə bildik. Ukraynanın ikinci böyük telekommunikasiya şirkəti Vodafone Ukraynanın alışını uğurla tamamladıq. Bu, bizim beynəlxalq genişlənmə və yeni bazarlara çıxış strategiyamızda növbəti mühüm mərhələdir. J.P. Morgan, Raiffeisen Bank International, DLA Piper, Linklaters, Deloitte, PwC və Detecon kimi maliyyə vəsaitinin təşkilatçıları və məsləhətçiləri ilə sıx əməkdaşlıq sayəsində layihə rekord qısa müddətdə həyata keçirilib. Strategiyamıza əsaslanaraq, telekommunikasiya sahəsində qabaqcıl texnologiyalara və innovasiyalara davamlı investisiya yatırırıq" – “NEQSOL Holding”in Baş İcraçı Direktoru Yusif Cabbarov deyib.
"Biz regional telekom sektoruna əhəmiyyətli xarici sərmayə gətirən, Ukraynada möhtəşəm satınalmada iştirak etməkdən məmnunuq" - J.P. Morgan Securities plc-də CEEMEA Kredit Maliyyələşməsi üzrə rəhbəri Puja Turner bildirib.
"NEQSOL HOLDİNG" HAQQINDA
Məlumat üçün bildirək ki, “NEQSOL Holdinq” şirkətlər qrupu müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərərək, 25 ildən çox təcrübəyə malikdir. Şirkətlər qrupunun əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi aiddir. Şirkətlər qrupu Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Qazaxıstan, BƏƏ, Banqladeş və digər ölkələrdə fəaliyyət göstərir.
Hazırda qrupa Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” və “Nobel Upstream” şirkətləri daxildir. Müxtəlif neft-qaz yataqlarında paya malik və Londonda yerləşən “Nobel Upstream” şirkəti Böyük Britaniya, ABŞ və Azərbaycanda fəaliyyət göstərir. “Nobel Oil Services” şirkətinin törəmə müəssisələri Azərbaycan, Türkiyə, Qazaxıstan və Banqladeşdə fəaliyyət göstərir. Qrup “KCA Deutag”, “Wood” və digər beynəlxalq şirkətlərlə birgə müəssisələr yaradıb.
2000-ci illərin əvvəllərində qrup telekommunikasiya sahəsinə daxil olub. Qrup mobil rabitə, beynəlxalq tranzit və internet magistral bağlantısı, məlumat mərkəzi və digər xidmətlər göstərir, eləcə də Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolunun yaradılması layihələrinə sərmayə yatırır.
2010-cu illərin əvvəllərində qrup tikinti sahəsinə daxil olub. “Norm” şirkəti Cənubi Qafqazda ən böyük sement istehsalçısıdır. Qrup yüksək texnologiyalar sahəsində startap layihələrə və şirkətlərə sərmayə yatırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 5 d. əvvəl
-
12 d. əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
24 d. əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
38 d. əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
53 d. əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
1 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
-
1 saat əvvəl
Rusiya sülhü qəbul etməzsə…: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
-
1 saat əvvəl
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
-
2 saat əvvəl
Gömrük Komitəsi: “Biləsuvar” gömrük postundakı problemlərə bəzi şəxslər səbəb olub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
Ən çox oxunanlar
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Bakı limanında “mafiya filmi” ssenarisi
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb









.webp)
















.jpg)

