"Rusiya Azərbaycan pomidorundan tam imtina etmir"
Rusiya Federasiyası 2020-ci ilin aprelindən ölkəyə dövlət sifarişilə xaricdən pomidor və xiyar idxalını qadağan etməyi planlaşdırır. Bununla bağlı büdcə hesabına dövlət və bələdiyyə ehtiyacları üçün xaricdən alınan malların siyahısına müvafiq düzəliş ediləcək.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qadağada məqsəd yerli istehsalçıların dəstəklənməsi və istixana tərəvəzçiliyinin inkişaf etdirilməsidir.
Xatırladaq ki, bir müddət əvvəl münasibətlərində yaranan soyuqluq səbəbilə Türkiyədən Rusiyaya pomidor idxalı müvəqqəti olaraq dayandırılmışdı. İddialara görə, Türkiyədən idxal dayanandan sonra Azərbaycan Rusiyaya rekord həcmdə pomidor satıb. Bu, “Rospotrebnadzor” idarəsinin diqqətini cəlb edib. Belə bir şübhə yaranıb ki, Azərbaycan Rusiyaya özünün deyil, Türkiyənin tərəvəzini satır.
Məsələ ilə bağlı danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, verilən qərarın mahiyyətində bundan sonra Rusiyanın dövlət təşkilatlarının ehtiyacları üçün alınan pomidorun yerli istehsal olması durur:
“Yəni təhsil müəssisələri, ordu və s. qurumlarda yerli istehsala üstünlük veriləcək. Azərbaycanda da bu praktika tətbiq olunur. Özümüzün də satınalma qanunvericiliyimizə baxsaq, müəyyən sahələrdə yerli məhsullara üstünlük verildiyi görünür. Rusiya hökuməti pomidora münasibətdə bunu nəzərdə tutur. Yoxsa istehlak bazarındakı pomidora olan tələbatının idxal hesabına ödənilməsi qadağan olunmayıb. Bu baxımdan Rusiyaya pomidor idxalına qadağa qoyulması şərhləri yanlışdır. Belə bir şey yoxdur”.
F.Fikrətzadə qeyd edib ki, bu ilin 10 ayı ərzində Rusiyaya 147 milyon dollarlıq pomidor ixrac olunub:
“2018-ci ildə ölkəmizdən Rusiyaya 177 milyon dollarlıq - 172 min ton pomidor ixracı həyata keçirilib. 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Rusiyaya 147 milyon dollarlıq - 139, 5 min ton pomidor ixrac edilib. İlin sonunda isə yekun rəqəm bilinəcək.
2020-ci ildə rəqəmlərdə hər hansı dəyişiklik olub-olmayacağı 2019-cu ilin yekun nəticələrindən asılı olacaq. Çünki biz Rusiya dövlət sektorunun istehlak göstəricilərini bilmirik”.
© "Modern"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
7 saat əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
7 saat əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
7 saat əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
8 saat əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
8 saat əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
8 saat əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq






















