Kiçik və orta biznes üçün yeni portal işə düşdü
www.azerp.az portal təmənnasız xidmət göstərməklə onların xərclərini qənaət etməyə və səmərəliliyi artırmağa imkan yaradacaqdır. Portal Azərbaycan sahibkarlarına mütəmadi təlimlər təşkil edəcək
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) www.azerp.az portalının təqdimatına həsr olunan “WWW.AZERP.AZ: MÜƏSSİSƏ RESURSLARININ PLANLAŞDIRILMASINA DƏSTƏK” mövzusunda tədbir keçirib. Portal iqtisadiyyatın rəqəmsallaşması və sahibkarlara əlavə imkanların yaradılması istiqamətində yeni bir layihədir.
Tədbirin açılışında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda rəqəmsal transformasiya hakimiyyətin qolları, maliyyə-bank sektoru və iri müəssisələrdə daha sürətlə gedir:
“Kiçik və orta biznesin real vaxt rejimində resurslarının planlaşdırılması üçün www.azerp.az portalı yeni imkanlar təqdim edir. Sahibkarlar ERP proqram təminatından istifadə etməklə marketinq, müştəri əlaqələri, layihə idarəetməsi, insan resursları, mühasibat, anbar təsərrüfatı, satınalmalar, istehsalat kimi fəaliyyətləri vahid bir sistem vasitəsilə idarə edəcəklər. Beləliklə, ERP-nin tətbiqi ilə müəssisələrimiz idarəetmənin səmərəliliyini artıracaq, resurslara qənaət edəcək, kibertəhlükəsizliyi gücləndirəcək və ən əsası daha rəqabətqabiliyyətli olacaqlar. İİTKM-in digər layihələri – Azexport.az, Enterpriseazerbaijan.com, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağı birlikdə www.azerp.az portalı ilə bir ekosistem şəklində sahibkarlığın inkişafına dəstək verəcəklər. Eyni zamanda İİTKM digər dövlət qurumları, innovativ şirkətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək kiçik və orta biznesin rəqəmsal transformasiyasını dəstəkləyəcəkdir. Bu yolla müəssisə səviyyəsində strategiya və texnologiyaların uğurlu vəhdətini vermək mümkündür.”
Təqdimat zamanı Azexport portalının rəhbəri Zaur Qardaşov dünyada bu sahədə mövcud trendlərdən, eləcə də geniş istifadə edilən proqram təminatlarından - ERP və CRM sistemlərinin sahibkarlara və dövlətə verdiyi üstünlüklərdən və AzERP sisteminin iş prinsipi və funksional modulları haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O bildirib ki, məhz bu platformanın istifadəsi və geniş tətbiqi perspektivdə Azərbaycanın transsərhəd ticarət və xidmət əməliyyatlarının onlayn həyata keçirilməsini və qlobal ERP istifadəçiləri şəbəkəsinə qoşulmasını daha asan edəcək.
Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə innovativ layihələrin həyata keçirilməsində fərqlənən qurum və şəxslər mükafatlarla təltif olunub.
Qeyd edək ki, www.azerp.az portalı dünyada getdikcə populyarlaşan açıq kodlu OpenERP sistemi əsasında qurulub. OpenERP 2000 mindən artıq professional proqramçı tərəfindən dəstəklənir və hazırda 2 mln. istifadəçisi var. AzERP web üzərindən işləyir və heç bir əlavə proqram təminatının qurulmasına ehtiyac yoxdur. Layihənin məqsədi Cloud SaaS servisi vasitəsilə sistemi Azərbaycan istifadəçiləri üçün lokallaşdırmaq, milli qanunvericiliyə uyğunlaşdırmaqla daha əlçatan etməkdir. Portal müəssisə resurslarının planlaşdırılmasına dəstək verməklə aşağıdakı funksionallıqlara malikdir: Mühasibat uçotu, HR menecmenti, istehsalın idarə edilməsi, multi kanal satışlar, satınalmalar, e-commerce, anbar idarəetmə, layihə idarəedilməsi, nəqliyyat parkının idarə edilməsi və CRM.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 16 d. əvvəl
-
48 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
55 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
1 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
1 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Ən çox oxunanlar
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
















.jpg)

