Sabah Fed-dən nə gözlənilir?
2018-ci ilin Fevral ayında vəzifəsinin icrasına başlayan, bu il 3 yığıncaqda ardıcıl faiz endirimi edən ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell ilə digər Fed rəsmilərinin sabahkı yığıncaqda faizlərdə dəyişikliyə getməsi gözlənilmir.
"Marja" xəbər verir ki, İyul və Sentyabrda faizləri endirən Fed sonuncu dəfə Oktyabr ayında faizi 25 bənd də azaldaraq 1.75-1.50% aralığına salıb. Sədr Powell yığıncaqdan sonrası etdiyi çıxışında ABŞ iqtisadiyyatının və pul siyasətinin yaxşı bir yerdə olduğunu bildirmişdi.
Fed sədri Jerome Powell (Cerom Pauel) verdiyi qərarlara tez-tez ABŞ Prezidenti Donald Trump-ın tənqidlərinə məruz qalsa da ifadələrə qulağını tıxayıb. Fed bu ilki endirimlərdən sonra dayanacağının siqnalını verib. Tramp son olaraq 18 Noyabrda Mərkəzi Bankın faizləri sıfırdan aşağı endirməsi lazım olduğunu söyləmiş, Fed-in pul siyasətinin ABŞ-ın emal sektoruna zərbə vurduğunu dilə gətirmişdi. Trampın hərəkətləri yalnız bu tənqidlərlə məhdud qalmamış, Ağ Ev vəkillərinə Mərkəz Bankın sədrini vəzifədənazad etmək mövzusundakı variantları qiymətləndirmələrini söyləmişdi.
Bir sıra iqtisadçılara görə, ABŞ ilə Çin arasında davam edən ticarət müharibəsinin tamamilə bitməyəcək kimi göründüyündən bazarlar Fed-ə yenidən faiz endirimi üçün təzyiq edə bilər.
Fed-in qərarı sabah axşam (23:00-da) açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN













.jpg)








