Azərbaycan Türkiyəyə qaz ixracının həcminə görə lider olub
Bu ilin oktyabr ayında Azərbaycan Türkiyəyə 931,99 mln kubmetr təbii qaz ixrac edib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 20,82% çoxdur. Oktyabrda Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmində Azərbaycanın payı 29,5% olub.
Bu ilin yanvar-oktyabr ayları ərzində isə Azərbaycandan Türkiyəyə 7 795,24 mln kubmetr təbii qaz ixrac edilib. Bu, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 30,3% çoxdur. Bununla da Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkədir.
Qeyd edək ki, oktyabrda Azərbaycan Türkiyəyə qaz ixracına görə lider olub. Sonrakı yeri İran tutub. Bu ölkənin Türkiyəyə ixrac etdiyi qazın həcmi 856,35 mln kubmet təşkil edib. Ötən ilin eyni ayı ilə müqayisədə Türkiyə İrandan qaz alışını 27,11% artırıb. Türkiyəyə qaz ixracına görə lider olan Rusiya isə oktyabrda üçüncü sıraya düşüb. Oktyabrda Rusiyadan Türkiyəyə cəmi 594,85 mln kubmetr həcmində qaz ixtac edilib. Bu da 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 2,8 dəfə azdır.
Xatırladaq ki, ümumilikdə, bu ilin oktyabr ayında Türkiyə 3 158,89 mln kubmetr qaz idxal edib ki, bu da 2018-ci ilin eyni ayına nisbətən 12,96% azdır.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
© Report
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
4 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
5 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib

























