Bank BTB ilə kartları ovla, hədiyyə qazan
® Bank BTB-nin Facebook istifadəçiləri üçün hazırladığı “Kart Ovçusu” oyunu bütün oyun həvəskarlarına Bank BTB-dən Visa Classic kartlarını əldə etmək şansı qazandırır.
Asudə vaxtını səmərəli keçirməklə hədiyyə qazanmaq istəyən, Bank BTB-nin əməkdaşı olmayan 18 yaşlı hər bir facebook istifadəçisi oyunda iştirak edə bilər.
Qeyd edək ki, onlayn davam edən yarışmanın məqsədi nağdsız əməliyyatları təşviq etmək məqsədilə kart satışlarının stimullaşdırılmasıdır.
Yarışmaya başlamaq üçün ilk öncə Bank BTB-nin rəsmi Facobook https://www.facebook.com/bankbtb/ səhifəsini bəyənmək və azı bir dostunu paylaşımın şərh bölməsinə qeyd etmək lazım olacaq. Daha sonra, istifadəçilər qeyd olunan link https://cardhunter.btb.az/ vasitəsilə oyuna keçid ala bilərlər. Oyuna başlamadan öncə müsabiqə qaydaları ilə tanış olmaq tövsiyə olunur.
Qaydalarına əsasən, 6 patronla oyuna başlayan istifadəçi hədəfləri düzgün nişan alaraq 60 san-lik oyunun müddətini istədiyi qədər uzada bilər. Hər oyunun sonunda cədvəldə ən yüksək xal toplayan şəxslər ilk 10-luğu formalaşdıracaqlar. Oyun sonunda ekranda görünən “Nəticəni paylaş” düyməsinə keçid etməklə arzu edən hər kəs yığdığı xalları şəxsi profilində paylaşa bilər. Beləcə, sağlam rəqabətli oyun mühitində davam edən yarışmada avtomatik olaraq sistem tərəfindən ilk 3 yeri tutmuş şəxslər qalib elan olunacaq.
Qaliblər 3 həftə davam edən yarşmada hər həftə 1-ci, 2-ci və 3-cü yer üzrə müvafiq olaraq 150 AZN, 100 AZN və 50 AZN-lik pulsuz Visa Classic kartlara sahib olacaqlar. Həmçinin, Paşa Həyatın təqdim etdiyi “100 QAT SIĞORTA” məhsulu üzrə 1000 manat dəyərində həyat sığortası qazanacaqlar.
Yarışma 3 həftə - I həftə (7-14 fevral), II həftə (17-24 fevral), III həftə (26 fevral-4mart) davam edəcək. Yığılan xalların sırflanması üçün texniki işlərin aparılması məqsədilə həftələrarası 1 gün oyun deaktiv ediləcək. Onu da bildirək ki, qalib seçilən şəxslər növbəti həftələrdə yenidən qalib elan oluna bilməz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
- 24 d. əvvəl
-
35 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq












.jpg)







.jpg)





