Fed bunu etsə, Dollar daha da bahalaşa bilər
ABŞ Mərkəzi Bankı Fed-in bu ildən başlayaraq balansını kiçildəcəyi gözlənilir. Fed-in balansını kiçiltməsi Dolların daha da bahalaşması ilə nəticələnə bilər.
"Marja" xəbər verir ki, 2008 böhranından sonra Fed istiqrazlar alaraq dövriyyəyə çox aşağı faizlə pul kütləsi "nasoslamışdı". Bunun nəticəsində Fed-in balansı 4.5 trilyon dollara qalxmışdı. İndi Fed istiqrazları geri qaytararaq balansı kiçiltməyi hədəfləyir.
Sankt-Luis Fed sədri Ceyms Bullard, balansın 2 trilyon dollar ətrafında olması lazım olduğunu deyib.
Bullard, "İstədiyim, bütün gəlir əyrisinin faiz artırımlarına daha təbii bir yolla özünü tənzimləməsidir. Bunu etməyin yolu balansın kiçildilməsidir" deyib.
Bullard, balansın 2 trilyon həcminə salınması lazım olduğunu söyləyib və bunun bir neçə ildə mərhələli bir kiçiltmə olacağına diqqət çəkib.
Bullard, ABŞ iqtisadiyyatının 2017-ci ildə 2 faiz böyüməsini gözlədiyini 100,000 civarındaki məşğulluq artımının bu trend ilə uyğun olduğunu qeyd edib.
Sankt-Luis Fed sədri inflyasiyanın indi olduğu səviyyələr ətrafında olacağını düşündüyünü sözlərinə əlavə edib.
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
Fed, balansını 4 dəfədən çox şişirdib 4,5 trilyon dollara çatdırmamışdan əvvəl ABŞ-da dövriyyədəki nağd pul miqdarı təxminən 800 milyard dollar idi. Sankt-Luis Fed məlumatlarına görə isə, bu gün bu rəqəm 1,5 trilyon dollara çatıb. Balansın kiçildilməsi Dolların qıtlaşması mənasını daşıyır. Bu səbəbdən investorlar FED-in bu istiqamətdəki fəaliyyətini diqqətlə izləyirlər.
Düzdür inkişaf edən iqtisadiyyat daha çox pul tələb edir. Eyni zamanda hazırda dövriyyədəki Dollar məbləğinin də çox olduğu düşünülür.
Fed, 2014-cü ilin Oktyabr ayında istiqraz alışlarını dayandırıb. Fed-in 4,5 milyard dollarlıq balansı əsasən xəzinə istiqrazları və ipoteka krediti təminatlı qiymətli kağızlardan ibarətdir. Fed balansını, istiqrazların ödəmə vaxtı gəldikcə yerinə yenilərini qoyaraq, yenidən investisiya edərək eyni böyüklükdə mühafizə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)






