Azərbaycan-İtaliya sənədləri mübadilə edildi - SİYAHI
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra Azərbaycan-İtaliya sənədlərinin mübadiləsi mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni mübadilə etdilər.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və İtaliyanın İqtisadi İnkişaf naziri Stefano Patuanelli mübadilə etdilər.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm naziri Dario Françeskini mübadilə etdilər.
“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm naziri Dario Françeskini mübadilə etdilər.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin birinci müavini Emanuela Del Re mübadilə etdilər.
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İtaliya Respublikasının Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və İtaliyanın Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı nazirinin müavini Giuseppe L'Abbate mübadilə etdilər.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə etdilər.
“Azərbaycan Milli Olimpiya Komitəsi ilə İtaliya Milli Olimpiya Komitəsi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Giovanni Malaqo mübadilə etdilər.
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə İtaliya Aerokosmik Agentliyi arasında sülh məqsədilə kosmos fəaliyyətləri sahəsində Anlaşma Memorandumu”nu “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev və İtaliya Aerokosmik Agentliyinin prezidenti Giorgio Sakkoçça mübadilə etdilər.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə CDP, SACE, “Simest” şirkətləri arasında Anlaşma Memorandumu”nu “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin baş icraçı direktoru Allahverdi Paşayev və CDP şirkətinin baş icraçı direktoru Fabrizio Palermo, SACE şirkətinin baş icraçı direktoru Pierfrançesko Latini, "Simest" şirkətinin baş icraçı direktoru Mauro Alfonso mübadilə etdilər.
“Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliya Ticarət Agentliyi (ICE) arasında Anlaşma Memorandumu”nu AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və ICE-nin prezidenti Maria Ferro mübadilə etdilər.
“SOCAR ilə SNAM arasında əməkdaşlıq sazişi”ni SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “SNAM S.p.A”nın baş icraçı direktoru Marko Alvera mübadilə etdilər.
“AZPROMO ilə “Simest” arasında Tərəfdaşlıq Sazişi”ni AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və “SIMEST S.p.A”nın prezidenti Pasquale Salzano mübadilə etdilər.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Ansaldo Energia” arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və “Ansaldo Energia”nın baş icraçı direktoru Cüzeppe Zampini mübadilə etdilər.
“Azərenerji” ASC ilə “Ansaldo Energia” arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və “Ansaldo Energia”nın baş icraçı direktoru Cüzeppe Zampini mübadilə etdilər.
“Azərbaycan Dəmir Yolları” QSC ilə “I.M.A. Project Financing S.R.L.” şirkəti arasında dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlıqlarının satınalınması barədə müqavilə"ni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “I.M.A. Project Financing” şirkətinin baş icraçı direktoru Rikkardo Paoncelli mübadilə etdilər.
“ADA Universiteti ilə Luiss Universiteti arasında Anlaşma Memorandumu”nu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Luiss Universitetinin vitse-prezidenti Paola Severino mübadilə etdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 6 d. əvvəl
- 57 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
1 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
-
2 saat əvvəl
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Ən çox oxunanlar
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"



















