Güclü külək ziyan vurdu - MƏKTƏBLƏRİN DAMLARI UÇUB
Fevralın 25-də güclü külək Ağdam rayonunun yaşayış məntəqələrinə ziyan vurub.
Ağdam Rayon Fövqəladə Hallar Komissiyasından bölgə müxbirinə bildiriblər ki, güclü külək nəticəsində Qaradağlı kənd tam orta məktəbinin, 20-dən çox evin və yardımçı binanın dam örtüyünə, eləcə də rayonun elektrik təsərrüfatına ziyan dəyib, 10-dan çox elektrik dirəyi aşıb, naqillər qırılıb. Rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisinin verilişi kəsilib. Hazırda dəyən ziyanın araşdırılması davam etdirilir.
Güclü külək Tərtər və Bərdə rayonlarında da bir sıra fəsadlar törədib. Belə ki, Tərtər şəhər 6 nömrəli, Şıxarx-2 və Səhləbad kənd tam orta məktəblərinin, eləcə də 20-dən çox evin, yardımçı binanın və tövlənin dam örtüyünü uçurub. Hacı Qərvənd kəndində daş hasar “VAZ 21015” markalı avtomobilin üzərinə aşıb. Rayonun yaşayış məntəqələrində elektrik enerjisinin verilişi kəsilib.
Külək nəticəsində Bərdə rayonunda 50-ə yaxın ağac aşıb, rayonun elektrik təsərrüfatına, vətəndaşlara məxsus evlərə və digər tikililərə ziyan dəyib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























