Nə üçün 3 aydır əhalinin əmanətləri azalır? – YARIM MİLYARDI KEÇİB
Vətəndaşlar xarici valyutadakı əmanətlərini banklardan geri götürürlər
Xəbər verdiyimiz kimi 3 aydır fiziki şəxslərin (əhslinin) banklardakı əmanətləri azalır. Geriləmə yanvarda da davam edib.
Marja Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, azalma xarici valyutadakı müddətli əmanətlərin və cari hesabların (müddətsiz əmanətlər) azalması ilə bağlıdır.
ƏHALİNİN CƏMİ ƏMANƏTLƏRİ AZALIB
31 Yanvar 2020-ci il tarixində fiziki şəxslərin banklardakı cəmi əmanətləri 8 milyard 588 milyon 479 min manat təşkil edib, bu, ötən ilin sonu ilə müqayisədə 49 milyon 436 min manat azdır.
XARİCİ VALYUTADA AZALIB, MİLLİ VALYUTADA ARTIB
Yanvar ayında milli valyutada olan əmanətlər 67 milyon 123 min manat artaraq 4 milyard 199 milyon 855 min manata yüksəlib, xarici valyutadakı əmanətlər isə 116 milyon 559 min manat azalaraq 4 milyard 388 milyon 623 min manata düşüb.
Yanvarın sonunda fiziki şəxslərin cəmi əmanətlərinin 48,9%-i milli valyuytda, 51,1%-i xarici valyutada olub. Ötən ilin sonunda bu nisbət müvafiq olaraq 47,8% və 52,2% idi.
Ötən ilin sonu ilə müqayisədə yanvarda müddətli əmanətlər 23 milyon 177 min manat azalaraq 5 milyard 659 milyon 673 min manata düşüb, o cümlədən milli valyutadakı müddətli əmanətlər 66 milyon 682 min manat artaraq 2 milyard 633 milyon 834 min manata çatıb, xarici valyutadakı müddətli əmanətlər isə 89 milyon 859 min manat azalaraq 3 milyard 25 milyon 839 min manata enib.
Yanvarda cəmi cari hesablar (tələbli əmanətlər) 26 milyon 258 min manat azalaraq 2 milyard 955 milyon 64 min manata düşüb, o cümlədən xarici valyutadakı cari hesablar 26 milyon 700 min manat azalaraq 1 milyard 362 milyon 784 min manata geriləyib, milli valyutadakı cari hesablar isə 441 min manat artaraq 1 milyard 566 milyon 21 min manata yüksəlib.
SON 3 AYDA DOLLAR ƏMANƏTLƏRİ YARIM MİLYARD AZALIB
Son 3 ayda (Noyabr-Yanvar) fiziki şəxslərin cəmi əmanətləri 222 milyon 625 min manat geriləyib, o cümlədən fiziki şəxslərin xarici valyutadakı əmanətləri 495 milyon 747 min manat azalıb, milli valyutadakı əmanətlər isə 273 milyon 121 min manat artıb.
Statistikadan məlum olur ki, əhalinin əmanətlərinin azalması xarici valyutadakı əmanətlərin geri götürülməsi ilə bağlıdır. Milli valyutadakı əmanətlər az da olsa artır. Xarici valyutadakı əmanətlərin geri götürülməsi milli valyutadakı əmanətlərin artımını üstələdiyindən əhalinin cəmi əmanətləri azalır.
Digər bir məlumata görə, Martın 4-də əmanətlərin tam sığortalanması müddətinin başa çatmasının gözlənilməsi, "AtaBank"ın bir sır müştərilərinə əmanətlərini qaytarması da cəmi əmanətlərin azalmasına təsir göstərib.
"AtaBank"ın əksər əmanətçilərinin vəsaitlərini geri ala bilməmələri maliyyə sektoruna olan inamı azaldır.
Məlumat üçün bildirək ki, bank əmanəti müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi şərti ilə (tələbli əmanət) və ya əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra şərti ilə (müddətli əmanət) bağlanır. Sektor üçün müddətli əmanət daha önəmlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
7 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 7 saat əvvəl
-
9 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
9 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
9 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
9 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
9 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
10 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"

























