"Koronavirusun iqtisadi təsirləri hələ çox erkən mərhələdədir"
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel (Jerome Powell), Fed-in faizləri 0,50 bənd endirməsinin ardından keçirdiyi mətbuat konfransında, "Risklər proqnozları əhəmiyyətli dərəcədə dəyişdirib" deyib.
Marja xəbər verir ki, Pauel, "Virus epidemiyası bir çox iqtisadiyyatda çətinlik yaratdı və bir çox ölkə iqtisadiyyatına mənfi təsir edəcək. Koronavirusun iqtisadi təsiri qeyri-müəyyən olmağa davam edir. Koronavirus epidemiyası bir müddət iqtisadiyyat üzərində təzyiq yaradacaq. Koronavirusun iqtisadi təsirləri hələ çox erkən mərhələdədir. Epidemiya çoxtərəfli cavab tələb edə bilər. Virusa qarşı maliyyə orqanlarından da dəstək gəlməlidir. Fed iqtisadiyyatı dəstəkləmək üçün uyğun hərəkət etməyə davam edəcək. Digər mərkəz banklar ilə də danışırıq, bu davam edəcək. İqtisadiyyatı dəstəkləmək üçün uyğun vasitələri istifadə edəcəyik. Bu qərar bizim gerçəklərimizi ehtiva edir. Virusun iqtisadi duruma risk yaratdığını gördük. G-7-nin açıqlaması koordinasiyanın yüksək səviyyədə olduğunu göstərir. Yüksək iqtisadi artıma və məşğulluq bazarına təkrar qayıdacağımıza əminim. Mövcud pul siyasətimiz hədəflərimizə çatmaq üçün uyğundur. Hər G-7 ölkəsinin virusun təsirlərinə qarşı hərəkət edəcəyi görüləcək. Mərkəzi banklar doğru addımlar atır. Faiz endirimi xaricində alət istifadə etməyi qiymətləndirmirik. Qərarımız likvidliyin azalmasının və maliyyənin məhdudlaşmasının qarşısının alınması üçün verilib. Pul siyasəti aktivliyi dəstəkləyə bilər. Faiz endiriminin tədarük zənciri problemlərini həll edə bilməyəcəyini bilirik. Fed lazım olduğunda pul siyasətini dəyişdirməkdə tərəddüd etməyəcək. Qərarlarımızda siyasi çağırış və mənfəətləri nəzərə almayacağıq. Faiz endirimi maliyyə şərtlərdəki sərtləşməyə mane ola bilər",- deyib.
Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankı (Fed) faizləri 0,50 bənd aşağı salıb. Fed faizləri 1,50-1,75% aralığından 1,00-1,25% aralığına endirib.
Fed-dən verilən açıqlamada, "Koronavirusun ABŞ iqtisadiyyatı üçün risklər yaratdığı vurğulanıb, virus riskləri səbəbilə faiz endiriminə gedildiyi" qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 10 d. əvvəl
- 16 d. əvvəl
- 17 d. əvvəl
- 50 d. əvvəl
- 51 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI























