Bestcomp Group xaricdə Dünya Bankının tenderlərinin qalibi oldu - MƏBLƏĞ
Azərbaycanın aparıcı İT şirkəti Bestcomp Group Tacikistan Maliyyə Nazirliyi üçün “Dövlət Maliyyə İdarəetmənin Müasirləşdirilməsi layihəsi II” çərçivəsində Dünya Bankının keçirdiyi, toplam dəyəri 4.59 milyon ABŞ dolları olan, data mərkəzin yaradılması və müvafiq İT infrastrukturun quraşdırılması tenderlərinin qalibi olub.
Şərtlərə görə məlumat mərkəzi Uptime İnstitute TİER III tələblərinə cavab verməlidir.
Tacikistan Maliyyə Nazirliyi ilə Bestcomp Group arasında müvafiq müqavilələr mart ayında imzalanmışdır.
BestComp Group şirkətinin Müşahidə Şurasının sədri Rauf Həsənov bu hadisəni Azərbaycan İKT sektoru üçün əlamətdar hadisə adlandırmışdır. O bildirmişdir ki, son illər Azərbaycanda həyata keçirilən böyük İKT, infrastruktur, rəqəmsal transformasiya layihələri yerli şirkətlərin regional səviyyəsində güclənməsinə, xarici ölkələrdə uğurla fəaliyyət göstərməsinə zəmin yaratmışdır.
Daha sonra R. Həsənov demişdir:
"Son illər Bestcomp Group data mərkəzlərin, İKT təhlükəsizlik sistemlərinin qurulması, müəssisələrin idarəetməsinin, əməliyyat proseslərinin avtomatlaşdırılması sahəsində böyük nailiyyətlər əldə etmişdir. Bestcomp Group-da yüzlərlə yüksək ixtisaslı, dünyanın aparıcı şirkətləri tərəfindən sertifikatlaşmış mütəxəssislər çalışır. Şirkətimiz Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (AZİNTELKOM), PAŞA Holdinqin Uptime İnstitut Tier III sertifikatlı data mərkəzlərinin qurulması layihələrində uğurla iştirak edir. Məhz son illərdə əldə edilən yeni biliklər, təcrübə və peşəkar yanaşma bizə Dünya Bankı tərəfindən Tacikistan Maliyyə Nazirliyi üçün keçirilən tenderlərin qalibi olmaqda əsas rol oynamışdır. Bizim bu uğur Azərbaycandan İKT sahəsində bacarıqların, biliklərin, təcrübənin ixracı deməkdir”.
Bestcomp Group şirkətlər qrupu Zaqafqaziya və Mərkəzi Asiya regionunda Lenovo, HP Inc., Hewlett Packard Enterprise, Acer, Microsoft, CISCO, Juniper, Fortinet, Eaton, APC by Schneider Electric, Schneider Electric, Eltek, Benning, Radware, Microfocus, Manage Engine, Panduit, Tripp Lite, Artronic, Uniview, Apacer, Kindermann, HID, Monacor, Qualys, Radiflow kimi dünyanın bir çox aparıcı istehsalçılarının Value Added distribütoru, İKT sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, sifarişçilərə fəaliyyət göstərdikləri ölkələrdə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
14 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























