"Azərbaycanda iqtisadi vəziyyət 2021-ci ildə düzələcək"
Neftin qiymətinin kəskin ucuzlaşması və COVİD-19 koronavirusun yayılmasının qarşısının alınması üzrə tədbirlər 2020-ci ildə Azərbaycanda iqtisadi fəallığın zəifləməsinə gətirəcək, vəziyyət 2021-ci ildə düzələcək. “Fitch” beynəlxalq reytinq agentliyində belə hesab edirlər.
“COVİD-19 infeksiyasının yayılması və neftin qiymətinin kəskin ucuzlaşmasının qarşısının alınması üzrə tədbirlər iqtisadi fəallığın azalmasına gətirəcək.
“Fitch”in proqnozlarına görə, 2020-ci ildə ümumi daxili məhsulun (ÜDM) azalması 4,8% təşkil edəcək, çünki gəlirlər, istehlak və qeyri-neft sahəsində fəallıq hərəkət məhdudiyyəti və davamlı məzuniyyətdən zərər görəcək.
"2021-ci ildə neftin qiymətinin və birgə tələbat bərpa olunacağı halda ÜDM-in artımının 2,5% təşkil edəcəyini poroqnozlaşdırırıq”, - agentliyin məlumatında qeyd olunur.
Cari ilin yanvar ayında “Fitch” 2020-2021-ci illərdə ÜDM-in artımını illik 2,2% səviyəsində proqnozlaşdırıb.
Agentliyin qiymətləndirmələrinə görə, koronavirus pandemiyası və neftin aşağı qiymətindən mənfi təsir hökumətin 2,5 milyard manat dəyərində (1,5 milyard dollar) qiymətləndirilən biznes və əhalinin dəstəklənməsi üzrə tədbirlərlə yümşalacaq.
Eyni zamanda, agentlik hesab edir ki, neftin qiymətinin davamlı aşağı olması zamanı hasilat və neft-qaz sektoruna investisiyalar yəqin ki, azalacaq.
“Fitch” cari il Azərbaycanda inflyasiyanı 1,5% (yanvar proqnozu – 3,3%), 2021-ci ildə - 3,5% (yanvar proqnozu – 3,4%) səviyyəsində proqnozlaşdırır.
“Neftin qiymətinin kəskin ucuzlaşması Dövlət Neft Fonduna (ARDNF) neftdən daxil olan fiskal gəlirləri mühüm dərəcədə azaldacaq, eyni zamanda sosial ödənişlər və müavinətlərlə bağlı cari xərclər artacaq, çünki işsizliyin səviyyəsi 2019-cu ildə 5%-dən 8%-dək artacaq. “Fitch” fiskal qaydaların müvəqqəti dayandırılmasını gözləyir ki, hökumət böhrana reaksiya verə bilsin”, - agentlik qeyd edir.
DÖVLƏT BORCU YÜKSƏLƏCƏK
“Fitch” Azərbaycanın güclü fiskal və xarici buferlərini, dövlət borcunun aşağı səviyyədə olduğunu (2019-cu ilin sonuna ÜDM-in 19,1%-i) vurğulayır. “Bizim proqnozlara görə, 2020-ci ildə dövlət borcu ÜDM-in 23%-dək yüksələcək. Səbəb COVİD-19 pandemiyası dövründə dövlət dəstəyi tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsidir. 2021-ci ildə dövlət borcu ÜDM-in 22,2%-dək azalacaq”, - məlumatda qeyd olunur.
TƏDİYYƏ BALANSINDA KƏSİR GÖZLƏNİLİR
Agentliyin qiymətləndirmələrinə görə, neftin qiymətinin ucuzlaşması səbəbindən Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri ÜDM-in 2,8%-ni təşkil edəcək, lakin 2021-ci ildə neftin qiymətinin bərpası fonunda 5,2% profisitlə əvəz olunacaq.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırır. Bununla belə, hökumət koronavirus pandemiyası və neftin ucuzlaşması nəzərə alınmaqla ÜDM-nin templəri ilə bağlı yeni proqnozu hələ dərc etməyib.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.
İnterfax-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
23 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















