PAŞA Bank son maliyyə vəziyyətini açıqladı
Azərbaycanın ən böyük korporativ bankı PAŞA Bank ASC 2020-ci ilin 1-ci rübünü 3 milyon 480 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə azdır. PAŞA Bankın gəlirlərinin artmasına paralel, xərclərinin daha çox artması xalis mənfəətinin düşməsinə səbəb olub.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə PAŞA Bankın cəmi əməliyyar gəlirləri 76 milyon 713 min manat, cəmi əməliyyat xərcləri 51 milyon 51 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 25 milyon 662 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 19 milyon 970 aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb, 2 milyon 212 min manat mənfəət vergisi ödənilib. Beləliklə, PAŞA Bank ilk rübü 3 milyon 480 min manat xalis mənfəət ilə bağlayıb.
Xatırladaq ki, 2019-cu ilin 1-ci rübündə “PAŞA Bank”ın cəmi əməliyyat gəlirləri 62 milyon 111 min manat, cəmi əməliyyat xərcləri 25 milyon 917 milyon manat, əməliyyat mənfəəti 36 milyon 194 min manat təşkil etmişdi. PAŞA Bank əməliyyat mənfəətinin 514 min manatını ehtiyata ayırmış və həmin dövrdə 35 milyon 681 min manat xalis mənfəət qalmışdı. Bank ötən ilin 1-ci rübündə ehtiyata cüzi məbləğ ayırmasına və mənfəət vergisi ödəməməsinə görə xalis mənfəəti yüksək olmuşdu. Eyni zamanda, ötən ilin ilk rübündə Bankın əməliyyat xərcləri daha aşağı olmuşdu.
QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB
2019-cu ilin ilk rübü ilə müqayisədə PAŞA Bankın cəmi gəlirləri 14 milyon 602 min manat və ya 23,5% artıb. Belə ki, Bankın faiz gəlirləri 52 milyon 558 min manatdan 52 milyon 14 min manata düşüb, qeyri - faiz gəlirləri isə 9 milyon 553 min manatdan 24 milyon 699 min manata yüksəlib.
XƏRCLƏRİ TƏXMİNƏN 2 DƏFƏ ARTIB
Ötən ilin ilk rübü ilə müqayisədə PAŞA Bankın cəmi əməliyyat xərcləri 25 milyon 134 min manat və ya 97% artaraq 25 milyon 917 min manatdan 51 milyon 51 min manata yüksəlib. O cümlədən, faiz xərcləri 10 milyon 92 min manatdan 10 milyon 706 min manata, qeyri-faiz xərcləri isə 15 milyon 825 min manatdan 40 milyon 345 min manata yüksəlib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Mart 2020-ci il tarixində PAŞA Bank 4 milyard 759 milyon 677 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 1 milyard 859 milyon 320 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Xatırladaq ki, 2019-cu ilin sonunda PAŞA Bank 4 milyard 767 milyon 450 min manat cəmi aktivlərə malik idi və aktivlərin 1 milyard 799 milyon 33 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi. İlk rübdə PAŞA Bankın kredit portfeli 60 milyon 287 min manat artıb.
Ötən ilin sonu ilə müqayisədə PAŞA Bankda depozitlər 138 milyon 571 min manat və ya 3,9% azalaraq 3 milyard 446 milyon 953 min manata düşüb.
31 Mart 2020-ci il tarixində PAŞA Bank 472 milyon 995 min manat cəmi kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
52 d. əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
-
4 saat əvvəl
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
-
4 saat əvvəl
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
Ən çox oxunanlar
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir
Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq
"Bakı və Abşeronda su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiq edildi












.jpg)













