Poçt şöbələrində sıxlıqların yaranmaması üçün dövrəyə bank sistemi salınır
Aprelin 17-də prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda 190 manat birdəfəlik yardım üzrə ikinci ödənişi almaq üçün vətəndaşlara bank hesabı açmağı tövsiyə edib.
Prezident birinci ödənişin bu ay veriləcəyi üçün bəzi insanların bank hesabı açmağa imkanı olmayacağına diqqət çəkərək növbəti ayın ödənişini almaq üçün bank hesabı açmağı xahiş və tələb edib.
Məsələ ilə bağlı açıqlama verən banklar üzrə ekspert Elman Sadıqov bildirdi ki, Prezident son çıxışında 190 manat veriləcək şəxslərin sayının 200 min nəfərdən 600 min nəfərə qədər artırılacağını qeyd etdi:
"Ödənişlərin ediləcəyi insanlar say hesabı ilə çoxdur. İnsanların təkcə poçt şöbələrindən bu vəsaiti alması hal-hazırda virusun yayılması, karantin rejiminin qaydalarına əməl olunması baxımından çətinlik yarada bilər. Buna görə də, bank hesablarının açılması təklifi həmin poçt şöbələrində növbələrin qarşısını almaq məqdədi daşıyır və poçt şöbələrində müxtəlif ajotaj və narazılıqların yaranmaması üçün dövrəyə bank sistemi də salınır. Qeyd etmək lazımdır ki, bankların və bank filiallarının sayı poçt şöbələrinin sayından çoxdur".
Ekspertin sözlərinə görə, sahibkarlara edilən ödənişlərdə problem yaranmamasının səbəbi sahibkarların bank hesablarının olmasıdır:
"Hər bir sahibkarın hesabının olması və bunun statistikasının aparılması pul köçürmələrini asanlaşdırdı. İşsizlərə isə birdəfəlik yardımın bank hesabları vasitəsilə verilməsi əslində şəffaflığa xidmət edir. Həmçinin bu statistikanın aparılmasını da asanlaşdıracaq və həmin vəsaitlərin həqiqətən də həmin şəxslərə çatmasını izləməyə imkan verəcək. Yəni, hər hansı bir sui-istifadə hallarının olmamasınına və belə halların minimallaşdırılmasına çalışılır. Çünki bank hesablarına ötürülən vəsaitləri yalnız hesab sahibinin özü çıxara bilər. Düzdür, burada etibarnamə və s. ilə vəsaitin çıxarılması kimi istisnalar olsa da, hər bir halda həmin şəxsin hesabına nə qədər pul daxil olması ilə bağlı özünün birbaşa xəbəri olur".
E. Sadıqov burada da müzakirə mövzusu olan bir məsələnin olduğunu bildirdi:
"Belə ki, bu məsələ həmin şəxslərin banklara gəlməsi və növbə gözləməməsi üçün plastik kartların verilməsidir. Bankların və bank filiallarının sayı poçt şöbələrinin sayından çox, bankomatların sayı isə bank filial və şöbələrinin sayından çoxdur. Nə qədər çox xidmət nöqtəsi olarsa, daha az sıxlıq olar. Ödənişlərin kartlarla verilməsi zamanı isə poçt şöbələri, bank filialları və şöbələri, həmçinin bankomatlar və ölkədə olan 60 mindən çox pos-terminallar istifadə oluna bilər. İnsanlar bu vəsaiti nəinki nağd şəkildə götürə bilər, həm də nağdsız ödənişlər də edə bilərlər. Bu da əhalinin xidmət alacağı nöqtələri artırar".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)




