Azərbaycanda münasib qiymətlərə traktor və kombaynların satışına başlanıb
(®️) “İmaqro” Şirkəti “İmprotex Group”un tərkibində Azərbaycanda kənd təsərrüfatı texnikalarının satışı ilə məşğuldur. Həmçinin Improtex şirkətlər qrupuna daxil olan “İmprotex İndustries” zavodunda yüksək keyfiyyətlə müasir standartlara uyğun olaraq istehsal olunan kənd təsərrüfatı təyinatlı qoşqu və avadanlıqların zəmanətlə satışını həyata keçirir.
“İmaqro” Şirkəti Azərbaycanda Amerikanın “AGCO” Şirkətlər qrupunun rəsmi nümayəndəsidir. Amerikanın “AGCO” Şirkətlər qrupunun tərkibində olan Massey Ferguson brendinin kənd təsərrüfatı texnikalarının Azərbaycana idxalını təşkil edir. Bu texnikalar müxtəlif növ at gücünə malik traktorlardan və kombaynlardan ibarətdir. Beynəlxalq statistikaya əsasən, qlobal satışına görə birinci yerdə olan Massey Ferguson brendi Azərbaycana yeni gətirilmişdir. Buna baxmayaraq, texnikalar fermerlər tərəfindən böyük maraqla qarşılanır. Bu texnikalar həm qiymət və həm keyfiyyət baxımından müştərilərin tələblərinə tamami ilə uyğundur.
Massey Ferguson texnikaları GPS sistemləri ilə təçiz olunub ki bu da tarlada işləyərkən operatorun artıq yanacaq sərfiyyatına yol verməyinin qarşısını alır. Tam dəqiq ölçülər verən GPS sistemi sayəsində texnika idarə etmə sistemində tarlanın verilmiş ölçülərinə görə tarlada hərəkətini özü tənzimləyir və əkin əkin prosesini 0-3 sm dəqiqliyə qədər həyata keçirir.
İmagro şirkətinin təklif etdiyi texnikalar qiymət baxımından rəqiblərə nisbətən fermerlərə daha əl çatandır. Dövlətimizin kənd təsərrüfatına göstərdiyi qayğı nəticəsində bugünkü gündə Azərbaycanda hər bir fermer istədiyi texnikanı istədiyiŞirkətdən güzəşt qaydalarının tətbiqi ilə əldə edə bilərlər.
Həmçinin, “İmaqro” şirkəti də bu qaydalara uyğun olaraq istənilən növ kənd təsərrüfatı qoşqusunu və texnikasını (Horsh, Rinieri, IDEAL, Celli, Alpego, Moro Aratri və s.) 40% güzəşt tətbiqi ilə fermerlərimizin istifadəsinə təqdim edir. Əlavə olaraq fermerlərə texnikalar faizsiz 20% ilkin ödənişlə lizing xətti ilə təklif olunur.
Hər mövsümə uyğun olaraq traktorlara, müxtəlif təyinatlı asma qoşqulara, müxtəlif asma avadanlıqlarına və digər kənd təssərüfatı təyinatlı texnikalara tələbat artır və bu tələbatları yerinə yetirmək üçün İmagro şirkəti fermerlərə geniş seçimli məhsullar təklif edir. Bildiyiniz kimi traktorlardan əlavə İmrotex İndustries şirkəti Made in Azerbaijan brendi altında müxtləlif təyinatlı qoşquların (lafetlər, yanacaq daşıyan çənlər, su və gübrə səpən çənlər və digər üst qurğu və avadanlıqlar) istehsalını həyata keçirir. Bu texnikalar yüksək keyfiyyətlə və zəmanətlə müştərilərə təklif olunur.
Email: [email protected]
Ünvan:Bakı-Salyan şossesi 15 km
Telefonlar:
012 448 02 00
050 270 03 37
51 206 65 08
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
33 d. əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
10 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)


.jpg)







