Ziraat Bankdan Kənd Təsərrüfatına Dəstək Krediti!
(®️) “Ziraat Bank Azərbaycan” ASC və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Kredit və İnkişaf Agentliyi” arasında bağlanılmış əməkdaşlıq müqaviləsinə əsasən, Bankımız artıq regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə güzəştli şərtlərlə kreditlər təklif edir.
“Aqrar Kredit və İnkişaf Agentliyi” (AKİA) ilə əməkdaşlıq çərçivəsində agentliyin vəsaiti hesabına təqdim olunan kreditlər illik 7%-lə kənd təsərrüfatı üzrə aqrar sahənin inkişafı, aqrar sahədə innovativ metodlardan istifadə olunmasının təşviqi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi məqsədilə veriləcəkdir.
Qeyd edək ki, kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar, kiçik və ortahəcmli kreditlər üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələrin alınması və böyükhəcmli kreditlər üçün 5 ildir. Əlavə olaraq bildirmək istəyərdik ki, kreditin maksimal həddi 1 000 000 manat təşkil edir və 200 000 manatdan yuxarı rəsmiləşdirilən kreditlər yalnız kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün nəzərdə tutulmuşdur. Kredit vəsaitləri üzrə verilən güzəşt müddəti kiçik və ortahəcmli kreditlər üzrə 18 ayadək, böyükhəcmli kreditlər üzrə isə 24 ayadək tətbiq edilir. Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir. Sahibkarlıq subyektləri alınmış kreditlər üzrə faiz borclarını və əsas borcu güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq, kredit müqaviləsinə uyğun olaraq, hər ay bərabər hissələrlə ödəyirlər.
Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialların sayını 2 dəfəyə yaxın artırılması planlaşdırılır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 25 d. əvvəl
-
- 31 d. əvvəl
- 40 d. əvvəl
-
51 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 56 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)





.jpg)










.jpg)

