Resort-yaşayış kompleksi sakinlərin istifadəsinə verilir
(®️) Azərbaycanda son illərin ən fərqli və möhtəşəm layihələrindən biri olan “Xəzri Rezidens” resort-yaşayış kompleksində artıq landşaftın salınması işləri yekunlaşmaq üzrədir və kompleks tezliklə sakinlərə təhvil veriləcək. Yaxın günlərdə isə mənzil sahibi olan sakinlər təmir işlərinə başlaya biləcəklər.
Yay fəslinin yaxınlaşması ilə insanlar dənizkənarı ərazilərdə ailələri ilə birlikdə istirahət edə biləcəkləri tam infrastruktura malik mənzillərin axtarışındadırlar. Novxanı qəsəbəsi yaxınlığında, Xəzər dənizinin sahilində 4,21 hektar ekoloji təmiz ərazidə yerləşən “Xəzri Rezidens” yaşayış kompleksi isə dəniz kənarında istirahət üçün lazım olan bütün şərtləri tam qarşılamaqdadır. “Xəzri Rezidens”də dəniz və narın qumlu çimərlik istənilən bağ evində olduğundan daha yaxın, cəmi bir neçə addımlıqdadır. İsti yay günlərində dənizin sərin ləpələrini düz eyvanınızın altında hiss edə, gözəl dəniz mənzərəsinin keyfini çıxara bilərsiniz. Üstəlik “Xəzri Rezidens” bağ evlərinin bir çoxundan fərqli olaraq sakinlərin istirahəti və rahatlığı üçün tam infrastrukturla təmin olunmuşdur.
Mavi Xəzərin sahilində, sarı, narın qumlu çimərlik və yaşıllıqla əhatə olunmaqla təbiətin ən gözəl rənglərini özündə birləşdirən kompleksdə 2 ədəd 12 mərtəbəli, 4 ədəd 7 mərtəbəli və 3 ədəd 5 mərtəbəli bina inşa edilib. Bütün mənzillərindən dənizə gözəl mənzərə açılan kompleksin qapalı çimərlik sahəsi, həyətdaxili parkı, gəzinti və velosiped zolaqları sakinlərin rahat istirahəti üçün nəzərdə tutulub. Eyni zamanda kompleksdə yerləşən spa və fitnes mərkəzi, kafe və restoran, futbol və voleybol meydançaları, uşaq bağçası, uşaq əyləncə mərkəzi, tədris mərkəzi və yeraltı parkinq infrastrukturu tamamlamaqla sakinlərə rahat həyat vəd edir. Kompleksin yaxınlığında inşa edilən alış-veriş və əyləncə mərkəzi isə sakinlərin istirahət-əyləncə həyatına fərqlilik qatacaq.
Zəngin infrastruktura malik olan “Xəzri Rezidens” yaşayış kompleksi eyni zamanda inşaatın yüksək keyfiyyəti ilə də seçilir. Keyfiyyətli tikinti materialları və qabaqcıl texnologiyalarla inşa edilən kompleks müasir tələblərə tam cavab verir. Binaların fasadı ventilyasiyalı keramoqranitlə üzlənmiş, dördqat istilik və səs izolyasiyası tətbiq edilmişdir. Tikinti işlərində yüksək keyfiyyətli beton-bloklardan, korroziyaya davamlı alüminium izosistem pəncərə və vitrajlar istifadə edilmiş, binalar Schindler markalı liftlərlə təmin olunmuşdur.
Yay aylarında insanların dəniz sahilində mükəmməl istirahəti üçün bütün şəraitlə təmin olunmuş “Xəzri Rezidens” qazandıran investisiya imkanları axtaranlar üçün də mükəmməl seçimdir. Dəniz mənzərəli mənzilləri ilboyu, xüsusən yay aylarında kirayə verməklə yüksək qazanc əldə etmək olar. Kompleksdə cəmi 20% ilkin ödəniş və daxili hissə-hissə ödənişlə mənzil sahibi ola bilərsiniz. Hal-hazırda kompleksdə landşaftın salınması üzrə son tamamlanma işləri aparılır və yaxın günlərdə kompleks bütünlüklə sakinlərin ixtiyarına veriləcək. Məhdud sayda qalan mənzilləri əldə etməyə tələsin!
Qeyd edək ki, “Xəzri Rezidens” yaşayış kompleksinin idarəedilməsi müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsi üzrə peşəkar təcrübəyə malik “Facility Management Group” şirkəti tərəfindən həyata keçirilir. Şirkət daşınmaz əmlakın idarəedilməsi, icarəsi, satışı, bazar analizi, biznes təyinatının müəyyənləşdirilməsi üzrə ixtisaslaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
10 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
10 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
10 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)





.jpg)





