Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dil öyrənməsinə kömək edəcək
®️Azercell 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağa dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr təqdim edir
1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə “Azercell Telekom” MMC tam fərqli bir layihə gerçəkləşdirir. Uşaqların inkişafına daima xüsusi diqqətlə yanaşan Azercell bu dəfə 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağın dil öyrənməsinə kömək edəcək “Busuu” tətbiqinə çıxışını təmin edir.
Bütün dünyada məşhur olan “Busuu” - xarici dil öyrənmə mobil tətbiqinin 90 milyondan çox istifadəçisi var. “Busuu” xarici dil öyrənmək üçün ən yaxşı 10 mobil tətbiqlərdən biridir. Tətbiq vasitəsilə eyni anda 12 dil öyrənmək, qrammatika, yazı, dinləmə və danışıq məşqlərini keçirmək mümkündür. Bu tətbiq beynəlxalq McGraw-Hill dil sertifikatını qazanmaq imkanı da verir.
“Öyrənmək hər bir uşağın haqqıdır” mesajını daşıyan kampaniya çərçivəsində Azercell fiziki məhdudiyyətli və sağlamlıq problemləri olan, həmçinin aztəminatlı ailələrin uşaqlarına, autizm sindromlu uşaqlara, eləcə də aprel şəhidlərinin və qazilərinin övladlarına “Busuu” - dil öyrənmə tətbiqi üçün 6 aylıq pulsuz kodlar hədiyyə edir. Şirkət tərəfindən təqdim olunan imkanlar bununla bitmir. Zəruri hallarda Azercell Mobil Müştəri xidmətinin əməkdaşları regionlara səfər edərək bu tətbiqə qoşulmaq üçün ailələrə dəstək olur və pulsuz nömrələr də paylayırlar.
Hər bir uşağın özünü inkişaf etdirməsi və xarici dil öyrənməsinə dəstək olacaq bu xeyriyyə kampaniyası ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edir. Ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti və Uşaq Paralimpiya Komitəsi, həmçinin “Birgə və sağlam”, “Zəfər” İctimai Birlikləri tərəfindən təqdim olunub. Bu layihənin gerçəkləşməsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də dəstək verib.
“Azercell Telekom” MMC yarandığı ilk gündən uşaqların təhsili və uşaq hüquqlarının müdafiəsi sahəsində müxtəlif layihələr həyata keçirir. Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti artıq 10 ildir uşaqlara ilkin psixoloji, emosional yardımın, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsi üzrə çalışır. Uşaq Paralimpiya Komitəsi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial həyata inteqrasiya imkanları yaradılır. Azercell-in digər unikal layihəsi kimsəsiz və yardıma ehtiyacı olan, aztəminatlı ailələrin uşaqları üçün “Mobil Diş” və “Mobil Göz” Klinikalarının yaradılmasıdır. Hər il səyyar klinikalar tərəfindən minlərlə uşağa pulsuz tibbi xidmət göstərilir, onların müayinəsi həyata keçirilir. Ölkənin aparıcı mobil operatoru uşaqları arzuolunmaz İnternet məzmunundan qorumaq üçün “Azercell Kids” adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqi istifadəyə verib. Bundan əlavə, Azercell şirkəti paytaxt və regionlarda “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda şagird, müəllim və valideyinlər üçün təlim proqramları təşkil edib.
“Azercell Telekom” MMC ildə yalnız bir gün deyil, daima uşaq hüquqları və uşaqların sağlam inkişafı məsələlərini cəmiyyətin diqqətində saxlamaq, uşaqların rifahının yüksəlməsinə dəstək olmaq məqsədilə müxtəlif layihələr həyata keçirir və buna davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 3 saat əvvəl
-
4 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
4 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 4 saat əvvəl
-
5 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
5 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
6 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma















.jpg)







