Banka gəlmədən hesab aç, elektron ticarətini qur, 50% endirim qazan!
(®️) Azərbaycan Beynəlxalq Bankı sahibkarlara çoxşaxəli dəstək layihələrini davam etdirməkdədir. Ötən ay bank məsafədən hesabın açılması xidmətini müştərilərə təqdim etdi. Eyni zamanda, virtual POS terminal funksiyasını yerinə yetirən IBA Link xidmətini istifadəyə verdi. Bu addımların davamı kimi bank ticarət və xidmət məkanlarında POS terminallardan istifadə üzrə komissiya xərclərini də azaldıb.
Belə ki, sahibkarlar 30 sentyabra qədər Azərbaycan Beynəlxalq Bankının POS terminallarından 50%-dək güzəştli tariflərlə istifadə edəcəklər. Bu güzəşt həm Azərbaycan Beynəlxalq Bankının POS terminallarına, həm də bankın e-commerce sistemi vasitəsilə aparılan onlayn əməliyyatlara şamil edilir.
Beləliklə, sahibkarlar xidmət ofislərinə gəlmədən Azərbaycan Beynəlxalq Bankında hesab aça, qısa müddətdə öz elektron ticarət sistemlərini qura və bankın yaratdığı endirim imkanından faydalana bilərlər. Əgər indiyə qədər virtual POS terminalın əldə edilməsi sahibkarın banka müraciətindən sonra uzun müddət çəkirdisə, indi hər bir sahibkar maksimum 2 gün müddətinə virtual POS terminalı əldə edə bilər. IBA Link 24/7 rejimində çalışır. Bankın tərəfdaşları bu xidmətə istənilən zaman qoşula bilərlər. Bunun üçün xüsusi inteqrasiya proseslərinə gərək yoxdur. Bu xidmətdən istifadəyə görə qoşulma və xidmət haqqı da tələb olunmur. Xidmətə buradan qoşulmaq mümkündür. Bankda məsafədən hesabın açılması isə bu portal üzərindən həyata keçirilir. Belə bir imkandan faydalanmaq üçün hüquqi şəxs və ya fərdi sahibkar “Asan İmza”ya sahib olmalıdır.
Qeyd edək ki, Bankın sentyabrın 30-a qədər elan etdiyi kampaniyada fiziki şəxs müştərilər üçün də müəyyən güzəştlər nəzərdə tutulur. Bu tarixə qədər fiziki şəxs müştərilər respublika üzrə köçürmələrini Azərbaycan Beynəlxalq Bankının xidmət ofislərində 50% endirimlə apara bilərlər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 27 d. əvvəl
-
- 33 d. əvvəl
- 42 d. əvvəl
-
53 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 57 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb












.jpg)



.jpg)







